Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağsuda fermerlərə növbəti ZƏRBƏ
Ağsuda fermerlərə növbəti ZƏRBƏ17-06-2016, 10:50 |
DİA.AZ: - Ağsu rayonunda taxılçılıqla məşğul olan sahibkarlar növbəti çətinliklə üzləşib. Bu barədə DİA.AZ-a rayonun Bico kənd sahibkarları məlumat verib. Sahibkarlar bildirirlər ki, bir aya yaxındır ki, əkdikləri məhsulu biçə bilmirlər. Səbəb rayonun rəhbər şəxslərinin taxıl biçinini manapoliyaya götürməsidir: "Kədin 1500 hektardan artıq əkilmiş taxıl sahəsi var. Bir aydır ki, kənddə taxıl biçini başlasa da, Bico kəndinə kombayn göndərilmir. 400-dən artıq sahibkarı olan kəndə rayon rəhbərliyi cəmi bir kombayn göndərib ki, həmin kombayn da Ağsu rayon İcra Hakimiyyətinin Bico ərazi icra nümayəndəsi Mirağa Dadaşovun nəzarətindədir. İcra nümayəndəsi isə yalnız özünə yaxın olan sahibkarların taxıl sahələrinin biçilməsinə icazə verir. Qalan sahibkarların məhsulu artıq zay olub, biçə bilmir". Sahibkarlar bu barədə dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsələr də, heç bir faydası olmayıb. Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Elxan Abdullayev və nazirliyin "Aqroservis" ASC-nin rəhbəri Tofiq adlı şəxs Bico kəndinə kombayn göndərilməsinə mane olur. DİA.AZ-a daxil olan məlumata görə, həmin şəxslər Bico kənd icra nümayəndəsilə razılaşma əldə edib ki, kəndə başqa kombayn göndərilməsin və taxıl sahələrini yalnız icra nümayəndəsinin istifadəsində olan kombayn biçsin. Nəticədə Bico kəndinin 1000 hektardan artıq taxıl sahəsi məhv olmaq üzrədir. Sahibkarlar deyirlər ki, "Aqroservis"in rəhbəri Tofiq adlı şəxs Kənd Təsərrüfatı Nazirliyinə yalan məlumat verərək bildirib ki, guya Bico kəndinə lazımı qədər kombayn göndərilib. Lakin, əslində kənddə yalnız bir kombayn var ki, o da icra nümayəndəsinin istifadəsindədir. Geri qayıt |