Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qulam Ələkbərov kabusu: diaspor sədrinin qətli, ermənilərlə iş birliyi
Qulam Ələkbərov kabusu: diaspor sədrinin qətli, ermənilərlə iş birliyi17-06-2016, 11:28 |
Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı kimi tanınan və ölkənin iri oliqarxlarından sayılan Qulam Ələkbərovla bağlı məlumatlar demək olar ki, son vaxtlar ölkə mediasının gündəmindən düşmür. Bütün bu məlumatlar isə təsadüfən ortaya çıxmayıb. Çünki Qulam Ələkbərovun adı kriminal aləmlə əlaqələrindən tutmuş, ermənilərlə iş birliyinə qədər qaranlıq işlərdə hallanır. Ermənilərlə işbirliyi… AzToday.az-ın apardığı araşdırmalar zamanı mıəlum oldu ki, mediad adı hallanan, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Qulam Ələkbərovdur. Dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir. Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi erməni Aleksandr Karapetyandır. Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Onunla bağlı daha ilginc məlumatlar yayılmaqdadır. Məlumatlarda bildirilir ki, onun biznes-partnyoru “Omeqa İnvestkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan, həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir. Bütün bunlarla yanaşı, onun Azərbaycanda da ciddi dayaqları var. Kriminal oliqarx demək olar ki, ölkənin əksər dövlət qurumlarında özünə yaxın şəxsləri yerləşdirə bilib və öz qohum-əqrəbasından ibarət zümrə həmrəyliyi yaradıb. Azərbaycanlı diaspor sədrinin qətlini Qulam Ələkbərov sifariş edib… Ukraynada isə onun adı müxtəlif kriminal olaylarda hallandırılıb. Belə ki, 12.04.2013 tarixində teleqraf.com saytında dərc olunmuş “Diaspor sədrinin qətlini Qulam Ələkbərov adlı biznesmen sifariş verib” başlıqlı yazı dərc olunub. Həmin yazıda bildirilir ki, Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı İqbal Mahmudovun qətlə yetirilməsində Qulam Ələkbərovun əli olub. Daha doğrusu, bu qətli Ələkbərov sifariş verib. Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) APA-ya verilən məlumata görə isə, məhkəmə iclasında 3 şahid dindirilib: “Şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işini qaldırmışdılar. Lakin sonradan bu işə xitam vermişdilər. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. qulamovİqbalın sürücü isə istintaqa verdiyi ifadədə isə bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən “Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, İqbal Mahmudov orada keçirilən Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib. Çünki İqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı. Bu cür fikirləşməyə daha bir səbəbi ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqresin üzvləri deyildilər və İqbalın siyasi baxışlarını dəstəkləmirdilər”. Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürməsində 4 nəfər – Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinib. Faktla bağlı Ukrayna Cinayət Məcəllənin 115 (qəsdən adam oldürmə) və 263-cü maddələri (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) üzrə cinayət işi başlanmış, qətldə təqsirləndirilən şəxslər isə həbs olunublar. Qulam Ələkbərov həbsdən necə xilas olub? Maraqlıdır, bəs qətlin sifarişçisi kimi gündəmə gələn Qulam Ələkbərov necə məsuliyyətdən yayındı? Niyə həbs olunmadı? Bu barədə Aztoday.az-a ilginc məlumat daxil olub. Mötəbər mənbə bildirib ki, Qulam Ələkbərovun məsuliyyətdən kənar qalmasında xərclədiyi milyonlarla dolların və erməni ortaqlarının böyük xidməti olub. Belə ki, Qulam Ələkbərov həbs olunan şəxslərə məsuliyyəti üzərlərinə götürməyi və onun adını çəkmədiyini, daha doğrusu, onu tanımadıqlarını demələrini tapşırıb. Bunun əvəzində isə onlara külli miqdarda pul dəstəyi verəcəyini vəd edib. Bundan başqa, ortaqları Aleksandr Karapetyan və deputat Eduard Bağdasaryanın ona böyük dəstəyi olub. Nəticədə kriminal oliqarx məsuliyyətdən yayına bilib. Mənbə bildiri ki, Qulam Ələkbərova Azərbaycandan da ciddi dəstək verilib. “Bu dəstəyi kim verib?” sualı isə oxucular üçün olduqca maraqlıdır. Ona görə də məhz bu suala aydınlıq gətirmək üçün “Eldar Mahmudov-Akif Çovdarov və Qulam Ələkbərov üçbucağı” barədə yazacağıq. Bizi izləyin. Yazıda adıkeçən hər kəsi dinləməyə hazırıq. Geri qayıt |