Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Neftçalada İsmayılovşina...
Neftçalada İsmayılovşina...28-06-2016, 09:58 |
Neftçalanının icra başçısı rayonu tərk edərək müalicə almaq adı altında Türkiyəyə gedib. Buna baxmayaraq Neftçalada icra başçısının adamları sakinlər talamaqda davam edir. JAM.AZ xəbər verir ki, Neftçalada İsmayıl Vəliyev bütün icra nümayəndələrinə, həmçinin bələdiyyə sədrlərini nümayəndəlik və bələdiyyə üzrə 6 ton arpa, 4 ton isə buğda verməyi tələb edib. JAM.AZ-ı məlumatlandıran mənbə bildirir ki, hazırda həmin taxıl Neftçalada İsmayıl Vəliyevin sağ əli olaraq bilinən Rafiq İbrahimov tərəfindən başıçının taxıl kombinatında toplanır. Mənbə qeyd edir ki, Neftçala Taxıl Kombinatı daha əvvəl icra başçısı tərəfindən Rafiq İbrahimovun adına özəlləşdirilib və bu özəlləşdirmədə ciddi qanun pozuntusu var. Çünki daha əvvəl kombinatın kollektivi tərəfindən özəlləşdirilən müəssisə İsmayıl Vəliyev rayona başçı təyin olunduqdan sonra ikinci dəfə özəlləşirilib və digər payçılar qeyri qanuni olaraq paydan məhrum olunublar. Hazırda isə Neftçala Taxıl Kombinatı Rafiq İbrahimovun adına sənədləşdirilsə də, əslində İsmayıl Vəliyevə məxsus olduğu qeyd olunur. Neftçalanının Tataraməhlə kəndindən JAM.AZ-a gaxil olan məlumatdan isə belə görünür ki, rayonda İsmayıl Vəliyevin “Neftçalannın darğası» ayaması ilə bilinən Rafiq İbrahimov bu dəfə doğurdan əndazəni aşıb. Tataraməhlə kəndindən daxil olan məlumatda göstərilir ki, hazırda rayonda arpanın qiyməti 15-16 qəpik olduğu halda Rafiq İbrahimov taxılı ona 10 qəpiyə satmağa məcbur edir. Bildirilir ki, Kür çayının üstündəki körpülərdə polis postları qoyduran Rafiq İbrahimov kəndlərdən taxıl toplayan yük maşınlarını əraziyə buraxdırmır və kəndlilərdən arpanı ona 10 qəpiyə satmağı tələb edir. Hazırda bu məsələ rayonda böyük mübahisə və qarşıdurma yaratsa da, Rafiq İbrahimov geriyə addım atmır. Məsələ ilə bağlı JAM.AZ-ın rayonda apardığı araşdırma nəticəsində o da məlum olub ki, bu məsələ ətrafında Neftçalanının polis rəisi ilə icra başçısının «darğası» arasında mübahisə də olub. Polis rəisi şikayətlər olacağını əsas gətirərək körpülərdə yük maşınlarının saxlanılaraq geri qaytarılmasına etiraz edib. Amma mənbənin iddasına görə, Rafiq İbrahimov məsələ ilə bağlı icra başçısının birbaşa göstərişi olduğunu bildirib. Mənbə qeyd edir ki, polis rəisi ilə icra başçısı arasında telefon əlaqəsindən sonra hər şey əvvəlki kimi qalıb. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |