Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fərhad Pirmətov “Aztelekom”-da olan himayədarına güvənir
Fərhad Pirmətov “Aztelekom”-da olan himayədarına güvənir29-06-2016, 11:10 |
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da dəfələrlə qeyd etdiyimiz kimi, bu gün respublikanın rayon və şəhərlərində vətəndaşlara keyfiyyətli xidmət göstərmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bir sıra əsaslı islahatlar həyata keçirilsə də, nazirliyin tabeliyində olan bəzi struktur bölmə rəhbərlərinin səriştəsizliyi, yol verilən özbaşınalıqlar və korrupsiya halları bu sahədə hələ ki, təcili həllini gözləyən ciddi problemlərin mövcudluğunu diqqət mərkəzinə çəkir. O cümlədən, artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Qusar rayon Telekommunikasiya Qovşağının fəaliyyətində müşahidə olunan ciddi nöqsanlardan bəhs edilir. Təsadüfi deyil ki, bu rayonun rabitə sistemində movcud olan problemlər, eləcə də qovşağın rəisi Fərhad Pirmətovun yol verdiyi ciddi qanun pozuntuları son vaxtlar ölkə mətbuatının da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Həmçinin bizimdor.az-a təqdim olunan açıqlamalarda da bilidirilir ki, keçmiş nazir Əli Abbasov tutduğu vəzifədən kənarlaşdırıldıqdan sonra bu qovşağın fəaliyyətində mövcud olan bir çox problemlərin üstü açılmağa başlayıb. Qeyd edək ki, Fərhad Pirmətov 2004-cü ildə Odlar Yurdu Universitetini bitirib. 2004-2008-ci illərdə “Analiz” jurnalında, respublika Gənclər və İdman Nazirliyində işləyib. 2009-cu ildə Qusar Rayon İcra Hakimiyyəti başçısının Düztahir kəndi üzrə nümayəndəsi vəzifəsində çalışıb. Deyilənə görə, hərbi xidmətdə olmayıb. Rayondakı mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Fərhad Pirmətovun qovşaq rəisi keçməsindən sonra Qusarın rabitə və internet sistemi iflic vəziyyətə düşüb. Bu barədə aldığımız açıqlamalarda deyilir: “Rayonun əksər kəndlərində əhalinin telefonlaşdırılması ürəkaçan səviyyədə deyil. Bu istiqamətdə heç bir irəliləyişlərə nail olunmayıb. Rabitə sahəsi inkişafdan qalıb. Qusarın rabitə sisteminin inkişafı məqsədilə ayrılan büdcə vəsatləri düzgün şəkildə xərclənmir. Məsələn, elektron ATS-lərin və HDSL tipli transmissiya avadanlığının alınması üçün nəzərdə tutulan büdcə vəsaitlərinin bir hissəsi havaya sovrulub...” Lakin iddialara görə, Fərhad Pirmətov bu vəziyyətə görə məsuliyyəti heç də öz üzərinə götürmək niyyətində deyil. Belə ki, qovşağın rəisi bir neçə dəfə verdiyi açıqlamalrda bu sahənin ölkədə ümumiyyətlə zəif inkişaf etdiyini vurğulayıb. Digər tərəfdən isə bölgələrimizdə, o cümlədən Qusar rayonunda informasiya texnologiyalarının geniş tətbiqi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin miqyası bu kimi iddiaların əsassız olduğunu aşkar sübut edir. Digər tərəfdən də, rayondakı mənbələr iddia edirlər ki, Fərhad Pirmətov tərəfindən hesabat və məruzələrdə təqdim olunan rəqəmlər şişirdilmişdir. Əhaliyə təklif olunan xidmətlər, xüsusilə də internet xidmətləri isə, çox aşağı keyfiyyətdədir. Mənbələr iddia edirlər ki, Fərhad Pirmətovun “Aztelekom”un baş direktor müavini Zahir Vəliyevlə olan əlaqələri, onu yol verdiyi qanun pozuntularına rəğmən özünü olduqca sərbəst və güvəndə hiss etməsinə şərait yaradır. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Geri qayıt |