Əsas Səhifə > Güney Press, Reklam > NIKOIL | Bank-ın Məlumat Mərkəzi sizi salamlayır!
NIKOIL | Bank-ın Məlumat Mərkəzi sizi salamlayır!30-06-2016, 16:12 |
NIKOIL | Bank-ın əsas vəzifələrindən biri müştərilərin bankla rahatlıqla əlaqədə olması üçün çalışmaqdır. Bununla əlaqədar artıq 6-cı ildir ki, bankın müştəriləri üçün NIKOIL | Bank –ın xüsusi (012) 981 qısa nömrəli, “Təcili bank yardımı” şüarlı Məlumat Mərkəzi şöbəsi uğurla xidmət göstərir. Məlumat Mərkəzinin xidmətindən faydalanmaq istəyən hər bir şəxs, əməkdaşlarımızla əlaqə quraraq dərhal bankın məhsulları, xidmətləri, cari aksiyaları barədə məlumat ala bilər, təklif edilən kredit məbləğini hesablaya bilər, aylıq ödənişi, təcili depozit üzrə gəliri, bundan əlavə bankın filial şəbəkəsinin və bankomatlarının ünvanlarını öyrənə bilərlər. NIKOIL | Bank Məlumat Mərkəzinin iş rejimi saat 09:00-dan 18:00-a qədərdir. Qeyd etmək lazımdır ki, bu yaxınlarda NIKOIL | Bank xidmətin keyfiyyətinin artırılması ilə əlaqədar yeni funksional xidmət gündəmə gətirib. Bankın müştəriləri bank məhsulları, bank xidmətləri ilə əlaqəli yeni təkliflərin, şikayətlərin və istəklərin yaranması halında (012) 981 qısa nömrəsinə zəng edərək və əlavə olaraq 8000 yığaraq öz fikirlərini bildirə bilərlər. Müştərilər səsli məktub vasitəsilə avtomatik qeydiyyatdan keçdikdən sonra bankın xüsusi qrupunun əməkdaşları müraciətlərlə əlaqəli geri zəng edərək bu və ya digər təklifin baxılma müddəti, şikayət və ya qeydlər etmək arzusunda olanları məlumatlandıracaqlar. Bu xidmət, istirahət günləri də daxil olmaqla, dəyərli müştərilərimizə 24 saatlıq fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur. Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank -ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil Geri qayıt |