Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sudan pul çıxaranlar...

Sudan pul çıxaranlar...


5-07-2016, 15:10
Sudan pul çıxaranlar...
Redaksiyamıza daxil olmaqda davam edən məlumatlarda “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nəzdində fəaliyyət göstərən Şirvan Meşə-Meliorasiya İdarəsinin işində müşahidə edilən çeşidli neqativ hallardan, ciddi nöqsanlardan bəhs olunur. Artıq qeyd olunduğu kimi, hazırda bu müəssisəyə Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin keçmiş müdiri İlyas Səfərov rəhbərlik edir. Maraqlıdır ki, İlyas Səfərovun keçmiş işindəki fəaliyyəti də yerli sakinlər, xüsusilə də fermerlə tərəfindən qətiyyən qənabəxş qiymətləndirilmirdi. Hələ o zaman bizimdovr.az-a daxil olan məlumatlarda da Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin sabiq müdiri öz işində yol verdiyi bir sıra qanun pozuntularında ciddi şəkildə ittiham olunurdu. Bu xüsusda aldığımız açıqlamalarda iddia olunurdu ki, məhz İlyas Səfərovun öz vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verməsi, ona etibar olunmuş müəssisənin pesurs və potensilından düzgün istifadə etməməsi səbəbindən kanalın suvarma ərazisinə aid olan fermer təsərrüfatlarının işində ciddi problemlər yaranır. Həmçinin məlumatlarda vurğulanırdı ki, müəssisənin fəaliyyətindəki nöqsanlar, idarənin rəisi İlyas Səfərovun yol verdiyi ciddi qanun pozuntuları barədə dəfələrlə yuxarı instansiyalara müraciətlər olunsa da, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi tabeliyində fəaliyyət göstərən bu qurumun fəaliyyətini yoxlamaq məqsədilə heç bir tədbir görmür. Halbuki, ölkə mətbuatında dərc olunan materiallarda da İlyas Səfrovun törətdiyi müxtəlif maxinasiyalar barədə ətraflı açıqlamalar dəfələrlə təqdim olunurdu. Daxil olna məlumata görə, İlyas Səfərov ayrılan dövlət vəsaitlərini kanalların, hidroqurğuların təmiri adı altında saxtalaşdırılan sənədlər əsasında öz qohumunun şirkətlərin bank hesablarına köçürərək, həmin vəsaitlərin mənimsənilməsinə yol verir. İddialara görə, təkcə bir il ərzində təmir-bərpa, əsaslı təmir və cari təmir işlərinin aparılması üçün idarəyə 1,5 milyon manata yaxın vəsait ayrılır. Bununla belə yol verilən maxinasiyalar və maliyyə mənimsəmələri səbəbindən nəzərdə tutulan layihələrin keyfiyyət göstəriciləri daim aşağı düşür. Elə buna görə də kanal daima nasaz vəziyyətdə qalır, təsərrüfatlara isə su lazımi səviyyədə çatdırılmırdı.

Bu gün isə artıq İlyas Səfərovun yarıtmaz fəaliyyəti səbəbindən Şirvan Meşə-Meliorasiya İdarəsi öz funksiyalarını normal həyata keçirmək imkanlarından məhrum durumdadır. Belə ki, hazırda Şirvan Meşə-Meliorasiya İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsinə geniş yer verilir. İdarə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Onların hesabına köçürülən vəsaitlər isə, müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən İlyas Səfərovun özünə qaytarılır.

Digər tərəfdən isə, məlumatlara görə İlyas Səfərovun şəxsi sərvəti durmadan artır. Məsələn, iddialara görə, idarə rəisinin məhz elə bir müddət əvvəl rəhbərlik etdiyi idarənin balansında olan kanalın üstündə yerləşən ərazidə 300 hektara yaxın torpaq sahəsi var. Həmin sahə əvvəllər əhalinin istifadəsində olub, lakin məmur əlindəki maddi imkanlardan istifadə edərək, camaatın torpaq sahələrini də zəbt edib. Mənbələr bildirirlər ki, İlyas Səfərov həmin ərazidə müxtəlif təsərrüfat sahələri yaradıb...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt