Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Binəqədi OİL Company» ilə bağlı ilginc iddialar

"Binəqədi OİL Company» ilə bağlı ilginc iddialar


13-07-2016, 10:44
"Binəqədi OİL Company» ilə bağlı ilginc iddialar
Binəqədi qəsəbəsinin mərkəzində yerləşən mədən küçələri yenidən bəzi işbazların diqqət mərkəzinə düşüb. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, ərazidə yaşayan bəzi sakinlər evlərindən çıxarılma ehtimalı ilə üzləşib. Qəsəbədəki mədən küçələrinin neft şirkətinə aid olması iddiaları isə səngimir. Qeyd edək ki, Binəqədidə "mədən küçələri" az deyil, bu küçələrin demək olar ki, hamısı bir neçə ildr ki, "Binəqədi OİL Kompany» şirkətinin maraq dairəsində yerləşir. Artıq qanunsuz tikililərə qarşı saysız məhkəmə iddiaları irəli sürmüş şirkət kontrakt üzrə ona aid edilən ərazilərdə məskunlaşmış vətəndaşları evlərindən çıxarmaqda deyəsən israrlı görünür. Əvvəllər Binəqədi kəndini və ətraf əraziləri hədəfə götürmüş şirkət indi də nəzərlərini Binəqədi dairəsinin mədən küçəsinə aid hissəsinin bir neçə addımlığında yerləşən evlərə salıb. Ərazidə yaşayan sakinlərlə söhbət zamanı onların yaşadıqları evlərə sənədlərin "Azneft" tərəfindən hələ 1947-ci ildə verildiyi üzə çıxdı. Buna baxmayaraq, heç bir əsaslı səbəb göstərilmədən vətəndaşlara qarşı mülki iddialar irəli sürülüb. Bu iddiaların nə ilə nəticələnəcəyi qabaqcadan məlum olmasa da, bircə onu demək olar ki, “Binəqədi OİL Kompany” nədənsə sadə vətəndaşların haqsız incidilməsi yoluna üstünlük verib. Hərçənd o da məlumdur ki, dövlət başçısı paytaxtın müxtəlif yerlərində narahatlıqla müşahidə edilən bu məsələ ilə bağlı mövqeyini açıqlayaraq əhalinin incidilməsinə son qoyulmasını dəfələrlə tələb edib. Apardığımız növbəti kiçik araşdırmadan sonra belə qənaətə gəldik ki, sakinlərin evlərindən çıxarılması tələblərinin arxasında Binəqədi dairəsində irimiqyaslı tikinti işləri aparan sahibkarlardan biri durur. Belə ki, əldə etdiyimiz məlumata görə, sakinlərin evlərindən didərgin salınmasında canfəşanlıq göstərən yaxınlıqdaki "Favorit" adlandırılan obyektin sahibi ilə "Binəqədi OİL Kompany» şirkəti arasında qeyri-rəsmi anlaşma hələ də qüvvədə qalır.Anlaşmaya görə, "Favorit"in ətrafının xırda "samostroyka"lardan təmizlənməsi nəzərdə tutulur. Qeyd edək ki, “Binəqədi OİL Kompany” şirkəti “Azneft” İB və “Binəqədineft” NQÇİ-nin bazasında 2005-ci ildə yaradılmışdır. Şirkətin kontrakt zonasına Binəqədi, Qirməki, Sulutəpə, Şabandağ, Çaxnaqlar, Masazır kimi sahələr daxildir . Şirkətə ayrılmış ümumi mədən ərazisi 4400 ha təşkil edir. Ərazidə 3 mədən fəaliyyət göstərir. Yataqların işlənmə tarixi isə 100 ildən artıqdır.

Qarşı tərəfi də dinləyə bilərik.

Geri qayıt