Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Zahir Vəliyevi istintaqdan kim yayındırır?
Zahir Vəliyevi istintaqdan kim yayındırır?27-07-2016, 11:42 |
DİA.AZ: - Bildiyiniz kimi, məşhur «MTN işi» zamanı həbs olunanlar arasında «Aztelekom» İstehsalat Birliyinin rəhbərliyindən də olanlar vardı. Birliyin rəhbəri Məhəmməd Məmmədov və daha bir neçə vəzifəli şəxs həbs olunublar. Qeyd edək ki, hazırda bu qurumu yönəldən əsas şəxs Məhəmməd Məmmədovun «sağ əli» olmaqla yanaşı, həm də «Aztelekom»un «qara kassa»sı kimi tanınan Zahir Vəliyevdir. Keçən günlərdə yayılan məlumatlarda deyilirdi ki, həbsdə olan "Aztelekom"un sabiq rəhbərliyi Zahir Vəliyevi də hədəfə çevirən ifadələr verib ki, bu da nəticədə onun da barəsində hüquqi addımın atılmasını zəruriləşdirə bilər. dia-az.life-a bununla bağlı daxil olan son informasiyada isə qeyd olunur ki, hansısa naməlum qüvvələr Zahir Vəliyevi istintaqdan kənar tutmağa çalışır. Mənbənin dia-az.life-a söylədikləri: "Halbuki məlum "MTN işi"nin əsas fiqurlarından - "kölgə isimlərindən" biri elə məhz Zahir Vəliyevdir". Onu da qeyd edək ki, mənbə redaksiyamıza Zahir Vəliyevlə bağlı, onun sabiq MTN şefi Eldar Mahmudovla əlaqələri haqda ilginc iddiaların yer aldığı ittihamları da səsləndirib. Bəzi dədiqləşmələrdən sonra daha geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləyin. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |