Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İcra hakimiyyətinin işçiləri Qarabağ əlilinə aman vermirlər...
İcra hakimiyyətinin işçiləri Qarabağ əlilinə aman vermirlər...28-07-2016, 12:24 |
Hurriyyet.org-a daxil olan məlumata görə, 25 il qabaq Qarabağ əlilinə Nardaran bağ massivində icarəyə verilən sahədə ev tikməyə özünü Sabunçu RİH-in əməkdaşı kimi təqdim edən şəxslər imkan vermir. Həbib adlı “komunxoz” əlillərdən layihə, icazə tələb edəndə qanunvericiliyin tələbi başa salınsa da, ”komunxoz” qanunsuzluğundan əl çəkmir. Əlillərin DİN-in 102 qaynar xəttinə şikayətləri 10 gündür sonucsuz qalır. 5 gün öncə zavallı əlillərin sifariş etdiyi 3 maşın beton “komunxoz”un göstərişilə xarab edilib. İndi isə Sabunçu RİH-in memarı bildirib ki, tikintiyə icazə lazımdır. İstənilən halda, qanunvericiliyin tələbinə görə, hündürlüyü 12 metrdən yuxarı olmayan tikililərə icazə sənədi tələb olunmur. PA-ya, NK-ya bağ sənədlərini əlavə edən əlillər BŞİH-ə Sabunçu RİH-in qarşısında aksiya keçirmək barədə müraciət etsələr də, RİH-in memarı “qoçuları” göndərib, heç bir sənəd vermədən işə mane olur. Məhkəmə qərarı olmadan vətəndaşın qanuni işinə mane olmaq isə Konstitusiyaya ziddir. Əlacsız qalan əlillər təcili Nardarandakı bağ massivində aksiya keçirmək üçün toplaşıblar.Hazırda orada aksiya davam edir... Geri qayıt |