Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naziri belə kölgədə qoyan müavin...

Naziri belə kölgədə qoyan müavin...


29-07-2016, 11:05
Naziri belə kölgədə qoyan müavin...
Deyilənə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bir vaxtlar vergi işçisi olub. Ola bilsin ki, elə bu səbəbdən onun hələ də köhnə peşəsinin havasına kökləndiyini iddia edənlər bu fikirdən əl çəkməyiblər. Nazir müavininin tabeçiliyində olanlara qarşı hökmlü davranışları bu qənaətə gəlməyə əsas verir. Ölkə rəhbərliyi təhsilin inkişafı, müasirləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində atdığı addımlarla böyüməkdə olan nəslin etibarlı gələcəyini təmin etmək üçün gərəkli işlər görür.Bu məqsədlə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə kifayət qədər vəsait ayrılır. Təhsil Nazirliyi elə bir qurumdur ki, buraya yönəldilmiş dövlət vəsaitlərinin hər qəpiyi təyinatı üzrə xərclənməldir. Təəssüflə qeyd etməliyik ki, Ceyhun Bayramov Maliyyə Nazirliyindəki yaxınları ilə əlaqələrndən sui-istifadə edərək şəxsi maraqlarının təminatı üçün çalışır. Ötən yazılarda bu məsələ ilə bağlı ciddi narahatlıqların olduğunu nəzərə çatdırmışdıq. Lakin, Ceyhun Bayramovun əməli fəaliyyətində nəzərə çarpan sapınmalar aradan qaldırılmayıb. Əldə etdiyimiz məlumata görə, nazir müavini kurasiyasına aid olan sahələrdə özünəməxsus ciddi "nəzarət sistemi" formalaşdırmaqda davam edir. Maraqlıdır ki, bu "sistemdə" təhsil müəssisələrinə ayrılmış dövlət vəsaitlərinin ortaq maraqlarla bölüşdürülməsi kimi hallar yer alır. Özü də heç bir təhsil idarəsi, Ceyhun Bayramovun kurasiyasına aid edilən heç bir müəssisə rəhbəri bu "sistemdən" kənar maliyyə fəaliyyəti göstərmək iqtidarında deyil. Əks halda istənilən təpkilərlə rastlaşa bilər. Bu təpkiləırin təsirindən, ya nədəndir, bilmirik, Təhsil Nazirliyinin balansına daxil olan demək olar ki, bütün irili-xırdalı idarələrin rəhbərləri nazir müavininin qarşısında sanki ödəyici durumundadır. Həmin rəhbərlərdən soruşsanız ki, hansı vergini ödəyirsiniz,çoxmənalı cavab alacaqsınız. Nazir müavininin Maliyyə Nazirlyində məsul vəzifə daşıyan qardaşı Azər Bayramovun dəstəyi ilə təhsil sistemi ilə bağlı maliyyələşmələrdə söz sahibliyi də diqqəti cəlb edən məqamlardandır. Nazirliynin peşə təhsili sektorunu əhatə edən yeynitilərdə də Bayramovların adı keçir. Ola bilsin, Təhsil Nazirlyinin sektor müdiri Namiq Məmmədovu Ceyhun Bayramovun etibarlı adamlarından birinə çevirən amllər rol oynayıb. Təsadüfi deyildir ki, Maliyyə Nazirlyi vasitəsilə peşə sektoruna cəlb edilmiş vəsaitlər uzun müddət bu üçlük arasında pay-püş edilib. Deyilənləri təsdiq edən sənədlərin üzə çıxara biləcəyi təhlükəni isə maliyyə nazirinin müavini Azər Bayramovun bircə sözü neytrallaşdıra bilir.

Geri qayıt