Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bizdən 1000–dən aşağı qiymət ola bilməz"
"Bizdən 1000–dən aşağı qiymət ola bilməz"6-08-2016, 11:54 |
Səhiyyə nazirinin pulsuz tibbi xidmətlə bağlı göstərişinin bu doğum evinə adiyyatı yoxdur. Doğum evində baş alıb gedən özbaşnalıqlar haqqında ətraflı tənqidi yazılar yazılmasına baxmayaraq Səhiyyə Nazirliyində nədənsə susmağa üstünlük verirlər. Gülya ləqəbi ilə tanınmış ginekoloq Gülarə Adgözəlovaya kim himayədarlıq edir. Gülarə Adgözəlova bu himayədarlıqdan istifadə edərək qeysəriyyə əməliyatını 1000 manat məbləğ qoyub. Buna əsas olaraq Allahverdiyeva Jalə xanımdan qeysəriyyə əməliyyatı üçün 1000 manat pul tələb edib. Jalə xanım 500-600 verəcəyini desə də 7 saylı doğum evinin şöbə müdiri ginekoloq Gülarə Adgözəlova xəstəni qəbul etməyib. “Bizdən 1000 –dən aşağı qiymət ola bilməz. Gedin ikiyə kimi fikirləşin gəlin” deyib. Həkim Aidə Şərifova deyir ki, həkim üçün o pul da azdır. Dövlət bizə yüksək maaş versə biz də o pulu tələb etmərik. 7 saylı doğum şöbəsinin müdiri Xatirə xanım bu cür neqativlərdən görən xəbəri varmı? Orasını biz bilmirik. Bildiyimiz isə odur ki, 7 saylı doğum evi dövlət tərəfindən maliyyələşir və özəl müəssisə deyil. Geri qayıt |