Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gədəbəyin icra başçısının fəaliyyəti yoxlanılır
Gədəbəyin icra başçısının fəaliyyəti yoxlanılır8-08-2016, 12:22 |
DİA.AZ: - Gədəbəy rayon İcra Hakimiyyətinin fəaliyyəti təftiş edilir. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar informasiya verub. Daxil olan məlumata görə, konkret olaraq Hesablama Palatasının ekspertləri tərəfindən RİH başçısı Ramiz Yediyarov tərəfindən büdcə pullarının xərclənməsində yol verilmiş qanunsuzluqlar araşdırılır. Qeyd edək ki, Ramiz Yediyarov bu günə kimi Maliyyə Nazirliyindəki himayədarlarının çətiri altında olub və bu səbəbdən onun maliyyə fəaliyyəti ilə bağlı hər hansı hüquqi araşdırma aparılmayıb. Mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, amma bu günlərdə "yuxarıların" nəzərlərini cəlb edən 20 milyon manatlıq şübhəli vəsaitlə bağlı araşdırmalar Gədəbəy RİH-in ümumi maliyyə fəaliyyətininin təftişini zəruriləşdirib. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |