Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazirin fantastik sarayı dövlətin balansına veriləcək
Nazirin fantastik sarayı dövlətin balansına veriləcək9-08-2016, 12:00 |
DİA.AZ: - Keçən günlərdə yerli KİV-lərdə Nəqliyyat Naziri Ziya Məmmədovun öz kəndində tikdirdiyi fantastik sarayla bağlı informasiyalar və bu sarayın görüntüləri böyük rezonansa nədən oldu. Bununla bağlı DİA.AZ-a yeni informasiya daxil olub. Xatırladaq ki, nazirə aid olduğu deyilən sarayın Ucar rayonunun Qazıqumlaq kəndində inşa edildiyi söylənilir və hazırda inşaat işləri davam etməkdədir. Qeyd edək, bu villanın tikintisi aylardır davam edir. Onu da əlavə edək ki, Qazıqumlaq Z.Məmmədovun doğma kəndidir. Həmkəndliləri bildirirlər ki, nəqliyyat naziri kəndin şəraitini düzəldib: “Yolumuz, suyumuz problem deyil, kənddə insanların xeyrinə-şərinə yarayır. Ancaq o da sirr deyil ki, bu böyüklükdə villanın tikintisi özbaşına başa gəlmir. Ölkədə, elə Ucarın özündə yüzlərlə kənd var ki, yollarının təmirə ehtiyacı var. Sosial problemləri olan insanlar var ki, onlara yardım etmək daha məqsədəuyğun olar, nəinki ildə bir dəfə də gəlmədiyi kənddə villa tikdirmək. Özü də on hektarla ərazini əhatə etməklə…” dia-az.life-a daxil olan son informasiyalardan isə aydın olur ki, yaranmış rezonans səbəbindən Ziya Məmmədov sarayından dövlətin xeyrinə imtina etmək qərarına gəlib. Mənbənin söylədikləri: "İndi orada hansısa dövlət qurumu fəaliyyət göstərəcək. Hələlik qəti qərar verilməyib, sənədləşdirilmə aparılmayıb". Geri qayıt |