Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dövlət Gömrük Komitəsinin rəhbərliyində gözlənilməz dəyişiklik ANONSU
Dövlət Gömrük Komitəsinin rəhbərliyində gözlənilməz dəyişiklik ANONSU10-08-2016, 12:06 |
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin (DGL) rəhbərliyində gözlənilməz dəyişiklik baş tuta bilər. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar informasiya verib. Məlumatlı mənbənin sözlərinə görə, hazırda gömrük sisteminin əsas fiqurlarından biri kimi xarakterizə olunan DGK sədrinin birinci müavini Səfər Mehdiyev vəzifəsindən alınacaq. Xatırladaq ki, Səfər Mehdiyevin adı zaman-zaman bir çox qalmaqallarda hallanıb. Hətta siyasi hakimiyyətin də müəyyən mənada qəzəbini "qaazandığı" deyilən Səfər Mehdiyev bu günə kimi himayə olunsa da, artıq onunla vidalaşma vaxtının çatdığı deyilir. Mənbənin dia-az.life-a söylədikləri: "Səfər Mehdiyev bu gün bəlkə də ölkənin ən zənginlər siyahısında ilk yerlərdə dayana biləcək şəxsdir. Onun sərvəti, əlindəki imkanlar ölçüyə gəlməz. Bu da ona zaman-zaman ayrı-ayrı məmurlarla toqquşma imkanı belə yaradıb. Yəni biznes maraqları Səfər Mehdiyevi bir çox dairələrlə düşmən edib. İndi isə ələ gözəl fürsət düşüb. Artıq himayədarları da DGK sədrinin 1-ci müavinindən imtina edirlər, onu müdafiədən çəkinirlər". Redaksiyamıza daxil olan mbir məlumatda isə qeyd olunur ki, Səfər Mehdiyevin "vurulması" qərarı nüfuzlu məmurlardan birinin sifarişi ilə baş tuta bilər. Bu barədə az sonra daha geniş bilgiləri verəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |