Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > AntiGÜLƏN dalğası ilk olaraq onu "vuracaq"...
AntiGÜLƏN dalğası ilk olaraq onu "vuracaq"...15-08-2016, 11:32 |
DİA.AZ: - Azərbaycandakı gülənçi emissarların "vurulması" prosesinə sanılı günlər qalıb. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, əslində proses hər an başlaya bilərdi: "Lakin qarşıdan gələn referendum və referendumdan sonraya planlaşdırılan kadr və struktur islahatları əslində rəsmi Bakı üçün daxili gülənçilərdən təmizlənməyə əlavə fürsət verib". Mənbə bildirir ki, bu əsnada ilk olaraq hədəfə şevrilən şəxs "Azərsu" şefi Qorxmaz Hüseynov olacaq. Qaynağın dia-az.life-a söylədikləri: "Qorxmaz Hüseynovun Fətullah Gülən cameəsinə nə qədər sıx bağlı olduğunu hər kəs yaxşı bilir. Məhz onun sayəsində gülənçilər Azərbaycan dövlət büdcəsindən ayrılan milyonlara şərik olublar. Nəticədə gülənçilər büdcəmizin pullarını ölkədən çıxarmaqla yanaşı Azərbaycan iqtisadiyyatına da ağır yara vura biliblər. Burada isə "Azərsu"nun tenderlərini "udan" Fətullaha Gülənə yaxın şirkətləri unutmaq doğru olmazdı". Mənbə iddia edir ki, Qorxmaz Hüseynovla bağlı məsələyə hətta qardaş Türkiyədən dövlət səviyyəsində də reaksiya verilib. dia-az.life-a bildirilənlər: "İndi belə bir şəraitdə rəsmi Bakının "Azərsu" şefini çətiri altına alacağı ağlabatan deyil. Ən azından daxili rahatlıq naminə Hüseynovun əlindən rəsmi imtiyazlar alınmalıdır". Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |