Əsas Səhifə > Güney Press, Reklam > “Azercell” nüfuzlu “Stevie” mükafatının 3 nominasiyası üzrə uğur əldə edib

“Azercell” nüfuzlu “Stevie” mükafatının 3 nominasiyası üzrə uğur əldə edib


15-08-2016, 15:41
“Azercell” nüfuzlu “Stevie” mükafatının 3 nominasiyası üzrə uğur əldə edib
“Azercell” beynəlxalq biznes aləmində uğurlarını artırmaqda davam edir.

Şirkət “Stevie” Beynəlxalq Biznes Mükafatı üzrə 3 nominasiyanın qalibi olaraq münsiflər heyətinin böyük etimadını qazanıb. “İlin telekommunikasiya şirkəti” və “İlin Korporativ Ünsiyyət Departamenti” nominasiyası üzrə bürünc mükafatı qazanan “Azercell” Azərbaycanı beynəlxalq aləmə bir daha tanıtdırıb.

Eyni zamanda, “Azercell”in “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq fəaliyyət göstərən “Sumaks” şirkəti isə “İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görülüb.

Təbii ki, bu seçimi etdikdə tanınmış qurumun beynəlxalq münsiflər heyəti şurası “Azercell”in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri nəzərə almaya bilməzdi. Şuranın rəylərinə əsasən: “Ölkənin qərb sərhədlərində hərbi vəziyyətlə əlaqədar “Azercell”in öz abunəçilərini fasiləsiz əlaqə ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsini 30% gücləndirməsi “Azercell” şirkətinin nümunəvi mobil operator olduğunu sübut edir. Bundan əlavə, ön cəbhə zonasındakı hərbi qulluqçular və vətəndaşlar üçün növbəti dəyərli dəstəyini göstərərək, Füzuli, Ağdam və Tərtər rayonlarındakı döyüş bölgələrində məskunlaşmış abunəçilərinə şəbəkədaxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edən şirkət bu nümunəvi işinə görə də İlin telekommunikasiya şirkəti adını almağa layiqdir”.

“Azercell”in “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sumaks Startapı” isə Innovativ Avtomaks ve məişət proseslərinin idarə edilməsi üzrə layihələrə görə gümüş mükafatına layiq görülüb. Qeyd edək ki, Azərbaycanda bir ilk olan “Avtomaks” qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata keçirmək, iş prosesini asanlaşdırmaqdan ibarətdir.

Xatırladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Qeyd edək ki, “Azercell Telekom” 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti", 2012-də ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator" layihəsinə görə "İlin Kreativ Komandası" nominasiyasında, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə) nominasiyalarında Stevie mükafatına layiq görülüb.

“Azercell” nüfuzlu “Stevie” mükafatının 3 nominasiyası üzrə uğur əldə edib

Geri qayıt