Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Həkimlər dərman firmaları ilə əlbir işləyir..."
"Həkimlər dərman firmaları ilə əlbir işləyir..."27-08-2016, 12:21 |
Nədənsə son zamanlar bir sıra özəl tibb müəssisələrində pasiyentlərə göstərilən tibbi xidmətin qarşılığında tələb olunan ödənişlərdə ciddi artım müşahidə olunur. Misal kimi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 ünvanında yerləşən, Alim Həmzə oğlu Şıxəliyevin baş həkimi olduğu «Əhmədli» Tibb Mərkəzini göstərmək olar. Beləliklə, baş həkimin ixtisasca kardioloq, terapevt olduğunu qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, Azərbaycan Tibb Universiteti və Moskva Tibb İnstitutunda təhsil alan Alim Şıxəliyevin rəhbərlik etdiyi tibb müəssisəsində xəstələrə ödədikləri pulun qarşılığında normal tibbi xidmət göstərilmir. Hazırda «Əhmədli» Klinikasında terapiya, kardiologiya, nevralogiya, endokrinologiya, dermatologiya, stomatologiya, pediatriya, ozonoterapiya, fizioterapiya, refleksoterapiya, USM, damar doppleri, EXOKQ, EKQ, xolter monitor, laboratoriya: biokimya, kliniki analizlər, PCR analizləri, hormonlar və infeksiyalar üzrə xidmət göstərildiyini deyən mənbə bildirir ki, vətəndaşlar buradakı qiymətlərin bahalığından fəryad edirlər: «Deyilənlərə görə, «Əhmədli» Klinikasında tariflər müayinələr zamanı istifadə olunan materialların qiymətinə əsasən müəyyənləşdirilir. Məsələn, əgər söhbət qan analizinin qiymətindən gedirsə, burada tarifi, əsasən, qanın yoxlanılması üçün istifadə edilən «reaktiv»in qiymətilə uyğunlaşdırırlar. Lakin həmin məbləğə laboratoriyada çalışan işçilərin əməkhaqqı və kommunal xidmətlərə çəkilən xərc, hətta həkimlərin əməkhaqlarının faizi də aiddir. Alim Şıxəliyevin rəhbərlik etdiyi tibb müəssisəsində alınan xarici aparatla müayinələrdə isə qiymət müəyyən olunarkən, həmin cihazın alınmasına çəkilən xərc əsas götürülür. Tibb cihazı nə qədər bahalıdırsa, onunla müayinə üçün müəyyənləşdirilən qiymətlər də bir o qədər baha olur. Aparatın qiyməti çıxarılsa da, «Əhmədli» Klinikasında qiymətlər aşağı düşmür. Deyilənlərə görə, əgər adıçəkilən tibb ocağında qan analizi və yaxud hər hansısa müayinə üçün vətəndaşlar növbə gözləyirlərsə, təbii ki, qiymətlər bir az da bahalaşdırılır. Buradan da belə çıxır ki, Alim Şıxəliyev öz gəlirini heç kəsin maraqlarına qurban vermir. Bu səbəbdən də «Əhmədli» Klinikasında tələbatın çox olduğunu görüb qiyməti sanki süni şəkildə artırırlar». Bu arada, təxminən 6 il bundan öncə «Əhmədli» Klinikasına basqın olduğunu və bu zaman Fərid Şıxəliyev adlı şəxsin adıçəkilən tibb müəssisəsinin rəhbəri Alim Şıxəliyevlə yanaşı, stomatoloq Elnur Şıxəliyevə və digər həkim Mais Cəfərova bir neçə bıçaq zərbəsi endirdiyini, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgilərə görə, həmin cinayət hadisəsini törədən Fərid Şıxəliyev klinikanın baş həkiminin əmisi oğludur: «Deyilənlərə görə, həmin vaxt baş həkim bu məsələnin ört-basdır edilməsi məqsədilə bir xeyli tərləməli olub. Məhz elə bu səbəbdən də Fərid Şıxəliyevin hansı səbəbdən cinayətə əl atdığına dair hələ də dəqiq məlumat yoxdur. Sadəcə bununla əlaqədar bir neçə versiya səslənirdi ki, onlardan biri də sözügedən cinayətin məhz qısqanclıq zəminində baş verməsinə dair iddialardır. Onu da qeyd edim ki, «Əhmədli» Klinikasının baş həkimi əslən Lerik rayonundandır. Onun atası İkinci Dünya müharibəsində Mozdokdan Berlinədək döyüş yolu keçmiş Həmzə Şıxəliyevdir. Lakin deyilənlərə görə, baş həkim atası kimi uğurlu həyat yolu keçməyib. Belə ki, hazırda onun rəhbərlik etdiyi klinikada yaşanan olaylar, tətbiq olunan qiymətlər belə deməyə əsas verir. Bildirilir ki, «Əhmədli» Tibb Mərkəzindəki tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Xüsusilə ürək əməliyyatlarının qiyməti orta hesabla 2-10 min manat arasında dəyişir. Qanın ümumi müayinələri orta hesabla 20-40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır. Təkcə xəstə qəbulu, məsləhət 30-50 manata başa gəlir. Xəstəni qəbul edən həkim əcnəbi və ya elmi dərəcəlidirsə, bu qiymət hətta 100-150 manata qədər artır. Nəzərinizə çatdırım ki, sözügedən səhiyyə ocağında insanlar tibbi xidmət müqabilində yüksək məbləğdə pul ödəsələr də, bunun qarşılığında həkimlər tərəfindən yaxşı xidmət göstərilmir. Vətəndaşlar müayinə və həkim məsləhətləri üçün tələb olunan məbləğin həddən artıq yüksək olmasından şikayətlənirlər. Bundan başqa, həkimlərin firmalarla əlbir olub onların dərman peraparatlarının faydası və zərəri haqqında məlumatı olub-olmadan, xəstələrə həmin dərmanları yazıb pul qazanırlar. «Əhmədli» Klinikasının tibb personalının xəstələrdən təyin etdikləri dərmanların qablarını tələb etməsi isə deyilənlərin sübutu kimi qədul edilməlidir». Geri qayıt |