Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "10 milyondan çox dövlət əmlakı Faiq Hüseynova yaxın şəxslər tərəfindən talan edilib"
"10 milyondan çox dövlət əmlakı Faiq Hüseynova yaxın şəxslər tərəfindən talan edilib"22-09-2016, 11:34 |
Teref.info-nun poçtuna Füzuli qaçqını İsmayılov Elnur Mənsur oğlunun “Azərsu” ASC-nin sədrinin qardaşı Faiq Hüseynovun özbaşınalıqlarından şikayət daxil olub. Azərbaycan prezidentinə müraciət edən qaçqın müraciətin bir surətini Teref.info-ya göndərib. Şikayətçi yaszır: Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olub, Bakı şəh., Sabunçu ray., Ramana qəs., Şuşa şəhərciyində yaşayan məcburi köçkün İsmayılov Elnur Mənsur oğlu tərəfindən Tel.: (055) 712 11 12 ƏRİZƏ-ŞİKAYƏT Təkrar № 9 Yazıb Sizə bildirirəm ki, Zati-Aliləriniz başda olmaqla müvafiq dövlət strukturlarının hər birinə 8 dəfə müraciət edərək, ARDNŞ-nin Geofizika və Geologiya idarəsində rəis müavini vəzifəsində işləsə də əslində bu idarəyə rəhbərliyi həyata keçirən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun qəzəbinə tuş gələrək “stat” ixtisarı adı altında işdən azad edilməyim, eyni zamanda Faiq Hüseynov tərəfindən dövlət əmlakının talanması barədə məlumat verib, faktların bir hissəsini təqdim edib köməklik gösjtərilməsini xahiş etmişdim. Müraciətimdə onu da qeyd etmişdim ki, Faiq Hüseynov məni ölümlə təhdid edir. Lakin Faiq Hüseynovun korrupsiya əməlləri barədə göstərdiyim təkzibolunmaz faktlar və sənədlərlə bağlı mən bir dəfə də olsun çağırıb dindirilməmişəm. Faiq Hüseynov qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vəzifə mövqeyindən sui-istifadə etməklə yanaşı, ölkədə müəyyən nazir müavinlərinin də adından istifadə edir. Həmçinin bildirir ki, ARDNŞ rəhbərləri üçün böyük fermer təsərrüfatlar, parniklər Sabunçu rayonu ərazisində və Babək prospektində 20-dən çox böyük obyektlər tikdirmişdir. Faiq Hüseynov idarə rəisinin müavini vəzifəsində işləsə də, sözün əsl mənasında idarəyə sahiblik edirdi. Belə ki, Faiq Hüseynovun rəhbərlik etdiyi dövrdə törətdiyi cinayət faktlarının, növbəti hissəsini Sizə təqdim edirəm. Belə ki, Faiq Hüseynov 5 ildən çox müddətdə statda Təhcizat şöbəsinin mühəndisi vəzifəsini tutmuş, xanımı özünə katibə kimi işlətmişdir. Işçilərdən səbəbini soruşduqda bunu yuxarıdan göndəriblər deyib sualdan yayınmışdır. Faiq Hüseynov vibratorların (titrədici qurğuların) alınması zamanı övladının kirvəsi Şamil Abdullayev vasitəsi ilə 3 milyondan artıq dövlət əmlakını mənimsəmişdir. Bundan başqa, Geofizik-1 ETG-nə (Elmi tədqiqat gəmisi) 2 ədəd hava kompressorları alınmışdır ki, bunların da hər biri dəyərindən 1 milyon artıq qiymətə mədaxil edilmişdir. Hava kompressorlarının quraşdırılmasından 2 ildən çox vaxt keçsə də, 1 ədədin bu günə kimi bir dəfə də olsun işə düşməyib. Səbəb isə yeni alınmış qurğunun nasaz olmasıdır. Işlədiyim dövrdə Mədəngeofizika idarəsinin işçilərinin söylədiyinə görə təkcə bu idarə üçün alınmış cihaz və kabellərin satınalınması həyata keçirilən zaman 10 milyondan çox dövlət əmlakı Faiq Hüseynova yaxın şəxslər tərəfindən talan edilmişdir. Faiq Hüseynov hazırki iş yeri olan Qazma işləri Trestini də şəxsi mülki kimi işlətməkdə davam edir. Belə ki, işçiləri yaşayış yerləri ilə təmin olunması zamnaı maliyyə pozuntuları, Qazma baltalarının alınması zamanı kefiyyət dəyəri dəfələrlə aşağı olan baltaların yüksək qiymətlərə alınması, Qazma turbalarını qiymətinin dəfələrlə şişirdilməsi və s. Ötən müraciətlərimin sonunda qeyd etmişdim ki, məcburi köçkünəm. Evliyəm, öhdəmdə 2 azyaşlı uşağım var. Uşağımın biri anadan gəlmə ürək qüsurludur. Özüm ali təhsilli mütəxəssisəm. Həyat yoldaşım işləmir, lakin bu güzəştlərə baxmayaraq qanunsuz işdən çıxarılmışam. Səbəb isə korrupsiya hallarını Faiq Hüseynova bildirməyim olmuşdur. Bütün bunların heç biri Faiq Hüseynovla bərabər ARDNŞ-nin rəhbərliyini də narahat etməmişdir. Sizi əmin etmək istəyirəm ki, bundan əvvəlki müraciətimdə və indiki müraciətimdə göstərdiklərim tam həqiqətdir. Bunlar Faiq Hüseynovun cinayət əməllərinin cuzi bir hissəsidir. Odur ki, göstərdiklərimi nəzərə alaraq ARDNŞ-nin Geofizika və Geologiya idarəsində iştirakımla araşdırmalar aparılmasına sərəncam verməyinizi Sizdən xahiş edirəm. İmza: İsmayılov Elnur Hörmətli redaksiya yaxın zamanda aşağıda göstərilən faktları sizə təqdim edəcəm. 1. Faiq Hüseynov ARDNŞ-nin rəhbərləri üçün tiktirdiyi obyektlərin fotolarını 2. Qorxmaz Hüseynov ARDNŞ-nin vitse prezidenti işlədiyi dövrdə qardaşlarını və qohumlarını hansı vəzifələrdə yerləşdirmişdir, ümumilikdə ARDNŞ-də neçə yüz milyon manat talan etmişdilər. 3. Qorxmaz Hüseynovun qudası Pirallahı rayon İH-nin başçısı ilə Faiq Hüseynovu nə bağlayır. 4. Qorxmaz Hüseynov hansı rayonda dağı yardırıb özünə istirahət mərkəzi tikdirir. Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq! Geri qayıt |