Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Göyçay sakini məhkəmədən niyə narazılıq edir...

Göyçay sakini məhkəmədən niyə narazılıq edir...


27-09-2016, 12:56
Göyçay sakini məhkəmədən niyə narazılıq edir...
Göyçayın Qızılağac kənd sakini Şirinova Tükəzban Salman qızı məmur özbaşınalığı ilə üzləşib. Onun göndərdiyi şikayət məktubunda qeyd olunur ki, 74 yaşı var və dövlət qanunlarını daima ali tutub. "Ancaq Göyçay rayon İcra şöbəsinin rəisi İlqar Abdurrəhmanov bizi maddi maraqlarına qurban verərək cinayət əməlləri ilə məşğuldur. İcra məmuru dövlət idarəsini kolxoz bazarına döndərib. Göyçay rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ilə iddiam qismən təmin edilib. Torpağa mülkiyyət hüququna JN-002 KOD 40808018 saylı dövlət aktına əsasən mənim və ailə üzvlərimin ümumi-birgə mülkiyyətimizdə olan 5,40 hektar pay torpaq sahəmizin 1.32 ha hissəsindən cavabdeh Mahmudov Gündüz Ağəli oğlunun çıxarılması və həmin torpaq sahəsinə daxil olmasına son qoyulması qət edilib,”-deyə şikayətçi vurğulayıb. O, əlavə edib ki, Göyçay rayon Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəsini alıb icraya yönəlib: "Ancaq icra şöbəsinin rəisi İlqar Abdurrəhmanov rüşvət alaraq həmin qətnaməni qəsdən icra etmir, müxtəlif bəhanələrlə saxtakarlıqlar etməyə çalışır. Həmin pay torpağı mərhum prezidentimiz Heydər Əliyevin imzası ilə bizim ailəyə veriblər. Cavabdeh Gündüz Mahmudov həyat yoldaşım öləndən sonra həmin qanunu torpağımızı zəbt edib üzərindəki ağaclarının meyvəsini hər il satıb küllü miqdarda qazanc əldə edir. Ortada qanuni qüvvəyə minib icraya yönəlmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdeh yenə də zəbt etdiyi bizə məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Təxminən bir ay öncə məhkəmə qətnaməsini icra etməyən Kəmaləxanım Əsgərova adlı qadının barəsində inzibati həbs seçilməsi üçün əldən-ayaqdan gedən İlqar Abdurrahmanov bizim işi icra etmək istəmir”. T.Şirinovanın sözlərinə görə, müəllimə 10 gün inzibati həbs edilib: "Çünki tələbkar Məzahir Fətaliyev adlı Ucar rayon sakini İlqar Abdurrahmanova rüşvət vermişdi. Artıq bizim ailə bu korrupsioner məmur İlqar Abdurrahmanovun cinayət əməlləri barədə prezidentə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət edib. Ədliyyə Naziri cənab Fikrət Məmmədov 30 sentyabr 2016-cı il tarixdə Ağcabədi rayonunda vətəndaşların qəbulun keçirəcək. Həmin günü məni ağbirçək ananı qəbul etməsi üçün cənab Fikrət Məmmədova artıq müraciət göndərmişəm”.//gundelik-baku.com//

Geri qayıt