Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ucar sakini aclıq aksiyasına başladı

Ucar sakini aclıq aksiyasına başladı


3-10-2016, 11:57
Ucar sakini aclıq aksiyasına başladı
DİA.AZ: - Ucar rayonu 20 Yanvar küçəsi döngə 15 ev 17 sakini Qüddəsərov Xəyal Müşfiq oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Ərizədə deyilir:

"Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovun mənə qarşı etdiyi qanunsuzluğa görə 03 oktyabr 2016-cı il tarixdən aclıq aksiyasına başlamışam.Yaşar Məmmədov Ucar rayonunda icra başçısı vəzifəsində olan zaman onun göstərişi ilə Ucar rayon bələdiyyəsi tərindən mənə 3 sot ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi satıldı.Dövlət rüsumu olaraq 1200 manat "Beynəlxalq Bank"-a ödədim qəbzi aldım.Bundan başqa alqı-satqı müqaviləsi, sığorta və növbəmi 1292-ci yerdən 1-ci etdiyi üçün məndən 3200 manat əlavə pul aldılar.Həmin 3200 manat pulu İcra başçısı Yaşar Məmədovun özü ilə Ağdaş rayonundan gətirdiyi sürücüsü Vüqar Əliyev və qohumu Ucar bələdiyyəsinin sədri Səhrab Kamilova vermişəm.Bunu təsdiq edən subutlarımız var.Bələdiyyə sədri mənə 11.12.2012-cı il tarixli Torpaqların Alqı-Satqısına dair akt verdi. Getdim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən torpağıma çıxarış alım mənə orada bildirdilər ki, bu torpaq sənə qanunsuz satılıb, bu alqı satqı aktı tam saxtadır.2007-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən bələdiyyələr vətəndaşlara torpağı hərrac yolu ilə sata bilərlər.Bu torpaq isə dövlətin balansındadır.Mən bu barədə dəfələrlə icra başçısı Yaşar Məmmədovun və bələdiyyə sədrinin qəbulunda olmuşam hər dəfə mənə düzələr-düzələr deyərək məni başlarından etdilər.İndi Yaşar Məmmədov Qubanın icra başçısıdır, Səhrab Kamilov isə Mənzil İstismar İdarəsində rəis müavinidir. 4700 manat pulumu alıb saxta akt verib məni aldadan icra başçısı Yaşar Məmmədovla sabiq bələdiyyə sədri Səhrab Kamilovun bu hərəkətləri cinayət əməlidir.Bu cinayətdə keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin rəisi Rafiq Hacıyevində rolu var çünki oda bilərəkdən saxta akta imza edib öz möhrünü vurub.Yaşar Məmmədov Ucar rayon icra başçısı vəzifəsində işləyən zaman öz dələduz sürücüsü Vüqar Əliyevin, qohumu bələdiyyə sədri Səhrab Kamilovun və Torpaq şöbəsini müdiri Rafiq Hacıyevin əli ilə çoxlu sayda Ucar rayon sakinlərinə belə saxta sənədlərlə torpaqlar satıb insanları aldadıblar.Bu 4 nəfər dələduzun yeri törətdikləri cinayət əməllərinə görə həbsxana olmalıdır.İndi evsizəm həyat yoldaşım atasının evində mən isə küçələrdə qalıram.Himayəmdə iki azyaşlı uşağım var. Bu vəzifəli şəxslər tərəfindən aldanmasaydım indi yavaş-yavaş torpağımın üzərində bir otaqlı ev tikib yaşayardım ki, küçələrdə qalmazdım.Mən ailəmlə 26 sentyabrda referendumda iştirak edib səs vermişəm. İnanıram ki, Prezident cənab İlham Əliyev ilk olaraq islahata belə cinayətkar vəzifəli şəxslərin həbsi ilə başlayacaq.Korrupsiya şəbəkəsi yaradıb dələduzluqla məni aldadıb 4700 manat pulumu mənimsəmiş Ucar rayonunun keçmiş, Quba rayonunun hazırki icra başçısı Yaşar Məmmədovun, onun əlaltıları Səhrab Kamilovun və Rafiq Hacıyevin mənə qarşı etdikləri cinayət əməlinə etiraz olaraq ölüm aclığı aksiyasına başlamışam.Cənab Prezident Sizə bu barədə şikayət ərizəsi göndərmişəm xahiş edirəm həmin ərizəmi Ucar rayonuna göndərməyin öz nəzarətinizlə araşdırıb cinayıtkar vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt