Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Laçının başçısından YAP üzvünə zərbə
Laçının başçısından YAP üzvünə zərbə3-10-2016, 12:06 |
Laçının Qarqışlaq kənd sakini redaksiyaya məktub yazıb. Müvəqqəti Ağcabədinin Taxtakörpü qəsəbəsidə yaşayan Əhmədov Kənan Əli oğlu qeyd edib ki, YAP üzvüdür, bir övladı var. Onun sözlərinə görə, 2007-ci ildən Laçında 55 saylı Yol İstismar MMC-də yol ustası və 2008-ci ildən isə iş icraçısı işləyib: "10 ilə yaxın bu vəzifədə olmuşam. İxtisar bəhanəsi ilə 08 iyul 2016-cı ildə məni işdən qanunsuz olaraq azad ediblər. Dəfələrlə bir çox tarixlərdə yazılı və şifahi olaraq rayon rəhbərliyinə müraciət etsəm də, qəbullarında olsam da, müraciətimin heç bir nəticəsi olmayıb”. K.Əhmədov bildirib ki, ali təhsilli olduğu halda işdən azad edilib və yerinə ali təhsili olmayan şəxs təyin olunub: "Mənə və ailəmə birinci mənəvi zərbə erməni daşnaqları tərəfindən vurulub, hazırda məcburu köçkünəm, vətən həsrəti çəkirəm. Bunu özümə doğma Laçın rayonumun rəhbərliyi tərəfindən ikinci zərbə hesab edirəm ki, bu, lazım deyildi. Cənab prezident, xahiş edirəm ki, Laçın rayon 55 saylı Yol İstismar MMC-də iş icraçısı vəzifəsinə bərpa olunmağıma və ya başqa işlə təmin edilməyimə göstəriş verəsiniz”. Geri qayıt |