Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Bu ölkədə heç kim mənə qarşı gedə bilməz..."

"Bu ölkədə heç kim mənə qarşı gedə bilməz..."


6-10-2016, 11:08
"Bu ölkədə heç kim mənə qarşı gedə bilməz..."
Bu cür hallarda öz hüquqlarının bərpasına nail olmaq, demək olar ki, mümkün deyil.Ona görə ki, əmlakın qanuni sahiblərinə,vəzifələri mülkiyyət hüququnu qorunmasına yönəldilmiş dövlət strukturları və onların məmurları qarşı durur. Bizə Bakı sakinləri Aqil Qurbanəliyev və Məhərrəm Məmmədov müraciət edib.Məmmədovun sözlərinə görə, onun Badamdar qəsəbəsində 3 yaşayış massivində torpaq sahəsi var. “2015-ci ilin əvvəlində mənə bildirdilər ki, bu torpaq sahəsində inşa etdiyim hasar sökülür.Mən hadisə yerinə gəlib, söküntü işləri ilə məşğul olan fəhlələrdən bu qanunsuzluğu kimin törətdiyini soruşdum”,-Aqil Qurbanəliyev bildirdi.

“Kimin əmrini icra edirsiniz?”,-Qurbanəliyev fəhlələrin rəhbərindən soruşdu. “Söküntü işləri Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyevin göstəriçi ilə aparılır”,-deyə işçilər ona cavab veriblər. Qurbanəliyev Adil Əliyev ilə görüşüb. “Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi bəyan etdi ki, mən öz torpağıma qanunsuz sahiblik edirəm.

“Torpağın əsl sahibi, ondan bu torpağı aldığım Müqamət Əliyevdir”,-Adil Əliyev mənə dedi”,-deyə Aqil Qurbanəliyev bildirib. Torpağın sahibinin bildirdiyi kimi, Adil Əliyev ona 12 sot torpaq sahəsinin öz mülkiyyətinə keçməsi barədə 28 saylı notarial kontor tərəfindən verilmiş şəhadətnaməni göstərib. “Lakin bu sənəddə məhz hansı torpaq sahəsinin Adil Əliyevin mülkiyyətinə keçdiyi barədə məlumat yoxdu. Orada həm də Adil Əliyevin mülkiyyətinə keçəcək torpaq sahəsinin məhz harada yerləşdiyi barədə də məlumat yoxdur.Və məndə olan məlumata görə Müqamət Əliyev heç vaxt Badamdar qəsəbəsinin 3 yaşayış massivində torpaq sahibi olmayıb”,-deyə Aqil Qurbanəliyev Kavkaznews.az-a bildirib.

Başqa bir şikayətçi Məhərrəm Məmmədovun sözlərinə görə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyev onun torpaq sahəsinə gedən yolu ələ keçirib. “Mən 2013-ci ildə bu ərazidə ev tikdirmişəm, lakin Adil Əliyevə görə ora köçə bilmirəm və artıq iki ildir kirayədə yaşamağa məcbur qalmışam”,-o Kavkaznews.az-a bildirib. “O yolun zəbt olunmasını necə izah edir”?, – jurnalistimiz sual verib. “Heç cür izah etmir. O deyir ki, mən kimə istəsəm şikayət edə bilərəm. “Bu ölkədə heç kim mənə qarşı gedə bilməz. Sənə gününü göstərərəm!”,-Adil Əliyev məni hədələyib”,-deyə Məhərrəm Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə o, Adil Əliyevdən ədliyyə naziri Fikrət Məmmədova şikayət edib. “Nazir söz verdi ki, bizim məsələ ədalətli həll olunacaq”, – o bizə dedi.

“Biz Daxili İşlər Nazirliyinə, Səbail rayon icra hakimiyyətinə və qəsəbə bələdiyyəsinə müraciət etdik. Bütün bu qurumlarbizim mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxlayıblar və qanunluğunu təsdiqləyiblər. Adil Əliyev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 12 sot torpaq sahəsinin onun mülkiyyət hüququna qeydə alınması xahişi ilə müraciət edib. Başqa sözlə, o, işğal etdiyi torpaqların öz mülkiyyət hüququna qeydə alınmasını xahiş edib. Əmlak Məsələləri Dövlət Komitəsi onun mülkiyyət hüququnu qeydə almaqdan imtina edib. Bu zaman o qurumu məhkəməyə verib.

“1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində il yarımdır bu iddianın baxılması gedir”, – deyə Aqil Qurbanəliyev bildirib.Aqil Qurbanəliyevin sözlərinə görə Adil Əliyev ona bildirib ki, o öz torpağına qanunsuz sahiblik edir. “Torpağın əsl sahibi, ondan bu torpağı aldığım Müqamət Əliyevdir”,-Adil Əliyev ona bildirib. Biz qərara gəldik ki, yoxlayaq görək, doğrudandanmı bu torpağın sahibi Müqamət Əliyev olub? Bu suala cavab almaq üçün biz Badamdar qəsəbə bələdiyyəsinin müavini Həbibə (Təəssüf ki, o bizə öz soyadını açıqlamayıb –red.) müraciət etdik. “Bələdiyyə Müqamət Əliyev adında və soyadında heç kimə torpağ ayırmayıb”, – deyə bələdiyyə başçısının müavini bildirib. Biz həmçinin icra hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinə də müraciət etdik.İcra hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin əməkdaşı Elçin Əliyevin Kavkaznews.az-a bildirdiyinə görə, torpaq sahələri mülkiyyətə 1992-ci ildən 2000-ci ilədək keçirilirdi.

“Təəssüf ki, bizdə torpaqların paylanması ilə bağlı məlumat bazası yoxdur”, – Elçin Əliyev Kavkaznews.az-a bildirib.

O, icra hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə keçmiş nümayəndəsi Həsən Qasımzadəyə müraciət etməyi təklif edib. “O, torpaqların paylanması zamanı icra hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi idi. Qasımzadə bu suala daha dəqiq cavab verə bilər”, – Elçin Əliyev məsləhət gördü. Biz bu məsləhətə qulaq asıb Həsən Qasımzadəyə müraciət etdik. “Müqamət Əliyev Badamdar qəsəbəsinin 3 yaşayış massivində torpaq mülkiyyətinə sahib olmayıb”, – Həsən Qasımzadə Kavkaznews.az-a bildirib.

Hər zaman olduğu kimi obyektivliyi qoruyaraq, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyevə müraciət etdik və ondan Aqil Qurbanəliyev və Məhərrəm Məmmədovun bəyanatlarını şərh etməyi xahiş etdik.

“Mən bunu şərh edə bilmərəm. Mən Müqamət Əliyevdən bu torpağı aldığım zaman , onda Torpaq komitəsi tərəfindən verilmiş onun mülkiyyət hüququnu təsdiqləyən sənəd olub. Alqı-satqı olduqda da notarial qaydada onun mülkiyyət hüququ təsdiq edilmişdir”, – Adil Əliyev Kavkaznews.az-a bildirib. “Torpaq sahəsinin sizin mülkiyyətinizə keçməsi haqqında şəhadətnamədə bu torpaq sahəsinin Müqamət Əliyevin mülkiyyəti olduğu barədə heçnə qeyd olunmayıb”, – jurnalistimiz bildirib. “Artıq il yarımdır bu məsələ məhkəmə istintaqının predmetidir. Ona görə də bu araşdırmanın sonlanmasını gözləmək lazımdır “, – deyə Adil Əliyev bildirib.

Geri qayıt