Əsas Səhifə > Güney Press, Reklam > “Azercell” müştərilərə xəbərdarlıq edib

“Azercell” müştərilərə xəbərdarlıq edib


7-10-2016, 09:31
“Azercell” müştərilərə xəbərdarlıq edib
Noyabrın 8-dən etibarən Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “Gəncsim” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər bir SMS 5 qəpik, “Bölgə” tarifi çərçivəsində isə 4 qəpik təşkil edəcək.
“Gəncol” və “Kombo” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti 5 qəpik olacaq.
Eyni zamanda, qeyd edilən tarixdən etibarən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud olan “Bizimkilər”, “Hər yerə”, “Biznes200”, “Dövlətcell” və “Mediacell” tarifləri çərçivəsində hər bir SMS 5 qəpik təşkil edəcək.
“Hədsiz” və “Hədsiz zəng” tarifləri çərçivəsində təqdim edilən paketdən əlavə göndərilən hər bir SMS-in qiyməti də 5 qəpik olacaq.

Geri qayıt