Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Türkiyənin dini liderindən bütün Qafqazın şeyxinə ŞOK FETÖ MƏKTUBU
Türkiyənin dini liderindən bütün Qafqazın şeyxinə ŞOK FETÖ MƏKTUBU7-10-2016, 12:59 |
Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Mehmet Görmez aralarında Azərbaycan, Rusiya, Bosniya və Herseqovina, Bolqarıstan, tanınmamış Kosovo dövləti, Litva, Moldova, Tacikistan, Yunanıstan, Pakistan, Səudiyyə Ərəbistanı, Hindistan, Braziliya, Çili və Efiopiyanın da olduğu 135 ölkənin dini liderlərinə məktub göndərərək, onları Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı ehtiyatlı olmağa çağırıb. SalamNews-un “Habertürk”ə istinadən verdiyi xəbərə görə, məktubda FETÖ-nün qadın-uşaq demədən günahsız insanları qətlə yetirməkdən çəkinmədiyini vurğulayan M.Görməz bu təşkilatın fəaliyyət göstərdiyi bütün ölkələr üçün təhdid olduğunu bildirib. "Xidmət adı altında xəyanətin ən rəhmsizini etməkdən çəkinmədiyini bütün dünyaya göstərən bu təşkilatla əlaqəniz varsa, kəsin.”, - məktubda deyilir. Geri qayıt |