Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hakimin həbsxanada işləyən qardaşına şok ittiham

Hakimin həbsxanada işləyən qardaşına şok ittiham


10-10-2016, 12:18
Hakimin həbsxanada işləyən qardaşına şok ittiham
Azərbaycan həbsxanalarında işgəncə faktları, məhkumlara qarşı qeyri-insani davranışlar onlar üçün adi həyat normasıdır. Həbsxana cinayətkar üçün islah yeridir. Təəssüf ki, ölkəmizin cəza-icra siyasəti buna hesablanmayıb. Bəlkə də buna görədir ki, islah olunması üçün həbsxanalara salınan insanlar azadlıqdan çıxdıqdan sonra yenidən oraya dönür. Rəsmi açıqlamalarda da cəza müddətini başa vurub, azadlığa çıxan insanların 65 faizinin yenidən cinayət törətməsi faktları təsdiqlənib.
Bu işdə təbii ki, cəzaçəkmə müəssisələrində çalışan əməkdaşların da xüsusi rolu var. Gununsesi.info-nun araşdırması zamanı 2 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı sensasion məqamlar üzə çıxıb.
Həbsxanada və cəza yerində olan məhkumun mobil telefon saxlaması cinayət məsuliyyəti müəyyən edir. Ancaq araşdırmalarımız zamanı öyrəndik ki, bu məsuliyyətdən 2 saylı müəssisədən azad olanlar var. Bu işdə isə məhbuslara pul müqabilində dəstəyi həmin müəssisənin Rejim-nəzarət şöbəsinin rəisi, hazırda rəis müavini vəzifəsini icra edən Şakir Kərimov verir. Təbii ki, Şakir Kərimov bu işi “sağol” üçün etmir. Bundan başqa həmin müəssisədə narkotikin açıq satışı həyata keçirilir.
Bir neçə ay əvvəl ağır narkotik dozası ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gətirilən məhkumların birinin orada vəfat etməsi də bunu təsdiqləyib.

Hakimin həbsxanada işləyən qardaşına şok ittiham

Şakir Kərimovla bağlı araşdırmamızda onu da öyrəndik ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun qardaşıdır.
2 saylı müəssisə Azərbaycandakı cəzaçəkmə müəssisələri arasında həm də “oğru qanunları”nın işlədiyi müəssisələrdən sayılır.
Baxmayaraq ki, son illər ərzində Penitensiar Xidmət rəhbərliyi bir çox müəssisələrdə dövlətin qanunlarından başqa bir qanunun olmadığına nail ola bilib. Ancaq eyni sözü adıçəkilən müəssisə barəsində demək olmaz.
Həmin müəssisədə saxlanılan məhkumlardan birinin həyat yoldaşı ərinin müəssisədə narkotik aludəçisinə çevrildiyini deyib: “O tamam başqa bir əməlinə görə, həbsə düşmüşdü. İlk vaxtlar yaxşı idi. Ay ərzində çalışırdıq ki,m ona lazım olan ərzağı aparaq. Ancaq sonradan onun tələbləri artdı. Ərzaq əvəzinə ancaq pul istəyirdi. Sonradan bizə bəlli olu ki, 2 saylı müəssisədə narkomaniyaya qurşanıb”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov isə Gununsesi.info-ya açıqlamasında bu iddiaları təkzib edib: “Hazırda həmin müəssisəyə yeni rəis təyin olunub. Neqativ hallara qarşı prinsipial mübarizə aparır. Bu iddiaları ortaya atanlar böhtan danışırlar”.
Araşdırmamız davam edəcək.

Geri qayıt