Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bu şəhərciklər kimlərin gəlir ünvanıdır?

Bu şəhərciklər kimlərin gəlir ünvanıdır?


18-10-2016, 10:46
Bu şəhərciklər kimlərin gəlir ünvanıdır?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin («Qaçqınkom»), o cümlədən adıçəkilən qurumun sədri Əli Həsənovun və onun ətrafında olan bəzi şəxslərin fəaliyyəti qaçqın və məcburi köçkünlərlə yanaşı, artıq yuxarı dairələrin də ciddi narazılığına səbəb olmağa başlayıb. Gundelik-Baku.com xəbər verir ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil istismar departamentinin sabiq rəisi Pənah Əliyevin uzun müddət məhz «Qaçqınkom»dakı vəzifəsinin hesabına özünə külli miqdarda sərvət toplamağa müvəffəq olduğunu iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, onun adı indiyədək bir çox xoşagəlməz, qalmaqallı olaylarda hallanıb. Beləliklə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil istismar departamentinin sabiq rəisinin oğlu Tural Əliyevin hüquq-mühafizə orqanında xidmət etdiyini və dəyəri təxminən, 250-300 min manat olan ən son model avtomobildə gəzdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Pənah Əliyev bir müddət əvvəl kürəkəninə Nərimanov rayonu ərazisində bahalı mənzil alıb: «Deyilənlərə görə, Pənah Əliyev paytaxtda böyük əmlak sahibidir. Bildirilir ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsi 121 c ünvanında yerləşən «Sombrero» restoranı, «Dental» klinikası və qızına həmin binada hədiyyə etdiyi ev, Kazımovski küçəsi 185 ünvanında yerləşən ev, «Qızıltac» restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, «Varovski»dəki villası və digərləri böyük bir siyahının kiçik bir hissəsidir. Bildirilir ki, Pənah Əliyev öz kapitalını offşor zonalara da transfer etməyin qayğısına qalıb. Deyilənlərə görə, bu məsələdə sabiq MTN generalı Akf Çovdarovla gizli işbirliyi qurulub. Pənah Əlyevin xarici ölkələrdə, xüsusən də Türkiyə və ABŞ-da özünə əmlak əldə etdiyi də qeyd olunur». Mənbə iddia edir ki, bütün bu qanunsuz əməllər, gizli mülklər, kənar şəxslərin adına sənədləşdirilmiş biznes şəbəkəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil istismar departamentinin sabiq rəisinin əməllərinin yalnız görünən bir hissəsidir: «Deyilənlərə görə, Pənah Əliyev Akif Çovdarovla yaxınlığından istifadə edərək özünə, yaxınlarına əməlli-başlı şərait qurmağa nail olub. Ümumiyyətlə, «Qaçqınkom» sistemilə az-çox əlaqəsi olanlar Pənah Əliyevin əli ilə aparılan mənzil bölgüsünün hansı amillərə söykəndiyini yaxşı bilər. Belə ki, uzun müddət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil istismar departamentinin rəisi vəzifəsində çalışan bu şəxs məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitlə məhz öz vəziyyətini yaxşılaşdırıb». Bu arada, əldə etdiyimiz bilgilərdə həmçirin, o da qeyd olunur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mənzil istismar departamentinin sabiq rəisi Pənah Əliyevin iş ortaqlarından biri də «Qaçqınkom»un sosial-təminat sektorunun sabiq rəisi, hazırda sədrin müavini vəzifəsində çalışan Gəray Fərhadovdur: «Deyilənlərə görə, «Qaçqınkom»un sədri Əli Həsənovun xalası oğlu, həm də bacısının həyat yoldaşı olan Gəray Fərhadov bir müddət öncə Mehdiabad yaxınlığındakı təxminən, bir hektarlıq ərazidə özünə villa şəhərciyi inşa etdirib. O da bildirilir ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların bölüşdürülməsinə ortaqlıq hesabına külli miqdarda sərvət sahibinə çevrilib. Onun Bakının müxtəlif guşələrində geniş şəxsi mənzil fonduna malik olduğu bildirilir. Həmçinin o da qeyd olunur ki, Gəray Fərhadov Pənah Əliyevlə əlbir olub qaçqın və məcburi köçkün şəhərciklərini monopoliyaya alıb. Deyilənlərə görə, Pənah Əliyev «Qaçqınkom»un mənzil istismar departamentinin rəisi vəzifəsində çalışdığı dönəmlərdə əsasən Gəray Fərhadovla hesablaşır və onunla birgə hərəkət edirdi». Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavininin «Qarabağ» marketlər, ticarət obyektləri, restoranlar şəbəkəsi açdığını iddi edən məlumatlı şəxsin sözlərinə görə, Gəray Fərhadovun sahib olduğu obyektlər piyadaların hərəkəti üçün nəzərdə tutulan səkiləri belə, zəbt edib: «Deyilənlərə görə, qaçqın və məcburi köçkün şəhərciklərində evlərin eyvanlarının qabağa çıxarılması Gəray Fərhadov Pənah Əliyevin razılığı ilə reallaşır. Yəni hər iki şəxs məhz qaçqınların, məcburi köçkünlərin hesabına külli miqdarda sərvət toplamağa müvəffəq olub». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt