Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “LUKS OİL” rayon sakinlərini bu yollarla qarət edir

“LUKS OİL” rayon sakinlərini bu yollarla qarət edir


19-10-2016, 12:15
 “LUKS OİL” rayon sakinlərini bu yollarla qarət edir
Zərdab rayonundan olan bir qrup sakin rayon ərazisində fəaliyyət göstərən yanacaq doldurma məntəqəsi ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb.
Avropa.info xəbər verir ki, rayon sakinləri Zərdab rayonunda fəaliyyət göstərən “LUKS OİL” yanacaq doldurma məntəqəsinin talançılıqla məşğul olduğunu deyir.
Sakinlər şikayətdə ilkin olaraq YDM-nin satdığı benzinin tərkibindən gileylənir. Onların sözlərinə görə benzinin tərkibi olduqca çirklidir və naməlum qatqılardan istifadə olunduğu üçün avtomobillərin ehtiyat hissələri tez-tez sıradan çıxır.
Sakinlərdən birinin sözlərinə görə bir dəfə “LUKS OİL”-dən yanacaq çənini dolduraraq Bakı istiqamətində yola çıxıb. Amma çox keçməyib ki, avtomobilin mühərriki sönüb və avtomobili çalışdırmaq mümkün olmayıb. Daha sonra evakuatorla yolunu davam etdirən vətəndaş Bakıya gəldikdən sonra benzinin tərkibini öyrənmək üçün laboratoriyaya müraciət edib. Aparılan araşdırma nəticəsində vurulan benzinin 30%-nin dizel olduğu müəyyən olunub.
Rayon sakinlərinin şikayətləndiyi ikinci məsələ isə benzinin çox hissəsinin kəsilməsidir. “LUKS OİL”-dən yanacaq alan rayon sakinləri aldıqları yanacağın təxminən 30-35%-nin kəsildiyini deyirlər.

Geri qayıt