Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Balakən RİH-dən şəhid anasının müraciətinə BİABIRÇI cavab

Balakən RİH-dən şəhid anasının müraciətinə BİABIRÇI cavab


21-10-2016, 14:08
Balakən RİH-dən şəhid anasının müraciətinə BİABIRÇI cavab
Bir neçə gün öncə Balakən şəhərində şəhid ailələrinə lazımi diqqət və qayğının göstərilməməsi barədə gundelik-baku.com saytında məqalə dərc etmişdik. Və vurğulamışdıq ki, qonşu Zaqatala şəhərində şəhid ailələri üçün evlər tikilib verilsə də, Balakən rayonunda bu məsələyə olduqca laqeyd yanaşılır. Məqalədə konkret olaraq Balakən şəhər, 20 yanvar küçəsi ev 14-də yaşayan, şəhid ailəsi Töhfə Vəli qızı Əliyevanı narahat edən məsələni vurğulamışdıq. Çünki şəhid anasının yaşadığı mənzil hər an dağıla bilər. Bu zaman isə şəhid anasının sağ qalıb-qalmayacağı sual yaradır. Təəssüflər olsun ki, rayon icra hakimiyyəti tərəfindən şəhid anasını narahat edən bu problemin həllinə köməklik göstərilmədiyini bildirmişdik. Çünki şəhid anası ölkə başçısına, Balakən şəhər icra Hakmiyyətinə yazılı müraciətlər etsə də, ona İcra Hakimiyyətindən bildirmişdilər ki, sizin yaşayış şəraitinizi yaxşılaşdıra bilmərik. Bunu görən şəhid anası məcburiyyətdən mətbuata üz tutmaq zorunda qalıb. Qeyd edək ki, Töhfə Əliyevanın övladı Saleh Mustafa oğlu Əliyev erməni qəsbkarlarına qarşı aparılan döyüşlərdə iştirak edib və 1992-ci ildə Ağdamın Ağdərə kəndi istiqamətində aparılan şiddətli döyüşlər zamanı itkin düşüb. 12 iyun 2006-ci ildə isə şəhid statusu alıb. Özünün ikinci qrup əlil olduğunu vurğulayan şikayətçinin sözlərinə görə, o, dövlətdən verilən təqaüd hesabına dolanır və indiyədək şəhid ailəsi kimi hər hansı bir məsələ ilə bağlı heç bir dövlət qurumuna müraciət etməyib. İndi isə evi uçmaq təhlükəsində olduğundan məcburiyyət qarşısında qalıb. Balakən şəhər İcra Hakimiyyətindən və digər aidiyyəti orqanlardan yardım istəyir. . Təəssüf ki, icra hakimiyyəti onun müraciətlərinə yetərincə diqqətlə yanaşmır, laqeydlik nümayiş etdirir. Qeyd olunan məsələ ilə bağlı məqalədən sonra Balakən şəhər İcra Hakimiyyətinin nümayandələri şəhid anasının yaşadığı uçub-dağılmaq təhlükəsi olan mənzilə baxış keçirmişlər. İki gün keçdikdən sonra isə, yenidən İcra Hakimiyyətinin iki nəfər səlahiyyətli nümayəndəsi əllərində sənəd gələrək bildiriblər ki, «göstərilən yerə imza atın, sizin pilləkəninizi və iki otağınızı təmir edə bilərik». Təbii ki, ümumi ev qəzalı olduğundan şəhid anası verilən sənədə imza atmaqdan imtina edib, yalnız iki otaq və pilləkənin təmiri ilə razılaşmayıb. Çünki ev bütünlüklə qəzalı olduğundan lazımdır ki, ümumi şəkildə təmir aparılsın, yaxud da yeni mənzil tikilsin. Yoxsa pilləkənlə kifayətlənmək olmaz.

Balakən RİH-dən şəhid anasının müraciətinə BİABIRÇI cavab

Geri qayıt