Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakı Beynəlxalq Dəniz Ticarət Limanının adı FETÖ işində...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının adı FETÖ işində...


24-10-2016, 11:05
 Bakı Beynəlxalq Dəniz Ticarət Limanının adı FETÖ işində...
DİA.AZ: - Bir neşə gün əvvəl DİA.AZ olaraq Türkiyə KİV-lərinə istinadən informasiya verərək bildirmişdik ki, qardaş ölkədə çevrilişə cəhd edən Fətullah Gülən tərəfdarları ilə bağlı konkret faktlardan və adlardan ibarət sənədlər paketi Azərbaycana göndərilib. Həmin sənədlərdə göstərilir ki, FETÖ terror təşkilatı üzvləri TANAP kimi mühüm enerji layihəsini necə hədəfə alıblar. Həmin materialın isə Türkiyənin xüsusi xidmət orqanları (MİT) tərəfindən hazırlandığı deyilir.

DİA.AZ mənbəyə istinadən bildirir ki, artıq Bakıya - Azərbaycanın Baş Prokurorluğuna ölkəmizdəki FETÖ tərəfdarlarının adlarının da əks olunduğu sənədlər göndərilib. Həmin sənədlərə görə, FETÖ-nun başlıca hədəflərindən biri məhz Azərbaycan olub.

Sənədləri hazırlaya MİT-in AZƏRBAYCAN RAPORUnda qeyd olunur ki, sözügedən terror təşkilatı üzvləri Azərbaycanda yetərincə şaxələnə biliblər.

Raporda FETÖ-nun Azərbaycan üzərindən Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi - TANAP-ın necə hədəfə alındığı detallı qeyd olunur.

Həmçinin qeyd olunur ki, FETÖ-çular Azərbaycanda təhsil quruluşu adı altında 28 TƏŞKİLATA sahibdirlər.

dia-az.life bildirir ki, bu faktlara rəsmi Bakının yaxın vaxtlarda reaksiya verəcəyi heç şübhəsizdir.

Və artıq ilk siqnallar da daxil olub. Məlumatlı mənbə dia-az.life-a bildirir ki, Türkiyədən göndərilən siyahıda yer alan isimlər sırasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyinin də adları var.

Mənbə iddia edir ki, bununla bağlı rəsmi Ankara Azərbaycandan sorğu tələb edib və ola bilsin ki, yaxın günlərdə Azərbaycanın hüquq-mühafizə orqanları Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyinə qarşı müvafiq addımları atsınlar.

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt