Əsas Səhifə > Güney Press, Reklam > “Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi

“Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi


25-10-2016, 11:24
“Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi
“Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə daha bir sosial layihəyə start verdi. “Təlim məktəbi” layihəsinin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiya etdirilməsi istiqamətində mobil operator tərəfindən həyata keçirilən sosial məsuliyyət strategiyasının uğurla davam etdirilməsidir.

Nitq və eşitmə imkanları məhdud olan şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaq “Təlim məktəbi” layihəsinin ən vacib məqsəd və hədəflərindəndir. Bu missiya çərçivəsində nitq və eşitmə məhdudiyyətli gənclər üçün xüsusi təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Üç ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 18-30 yaş arasındakı 75 gəncin 3 istiqamət üzrə – rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçiriləcək.

Layihənin həyata keçirildiyi müddət ərzində təşkilatçı heyət tərəfindən dəvət olunmuş psixoloq gənclərin peşə potensiallarını qiymətləndirəcək, həftə ərzində təşkil olunacaq görüşlərdə daxili maneələrə qalib gəlməkdə, özünə inam və motivasiyanın artırılmasında onlara yardım edəcəkdir.

“Təlim məktəbi” layihəsinin geniş ictimaiyyətə təqdimatı ilə əlaqədar olaraq təşkil edilmiş mətbuat konfransında çıxış edən “Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin fiziki məhdudiyyətli insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğuladı və sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələrin cəmiyyətin inkişafına misilsiz töhfə verdiyini xüsusilə qeyd etdi.

“Azerfon” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov isə, öz növbəsində, layihədən bəhs edərkən çoxşaxəli “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasından danışdı.

“İnanıram ki, bu təlimlər, müxtəlif peşə sahibləri olacaq gənclər üçün həvəsləndirici motivasiya olacaq və onların gələcəkdə işlə təmin edilmələrinə xidmət edəcəkdir. Onu da qeyd edim ki, “Nar” fiziki məhdudiyyətli şəxsləri işlə təmin edərək Azərbaycanın biznes mühitində belə bir nümunəni artıq göstərmişdir. Nitq və eşitmə imkanları məhdud olan şəxslərə dəstək istiqamətində atılmış növbəti uğurlu addım olan “Təlim məktəbi” layihəsi bizi son dərəcə fərəhləndirir və biz gələcəkdə də bənzər layihələrə dəstək verməyə davam edəcəyik”, - deyə Əziz Axundov jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi.

Artıq üç ildir ki, “Nar” nitq və eşitmə imkanları məhdud olan şəxslərin cəmiyyətə qazandırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. “Təlim məktəbi” layihəsi bu xeyirxah ənənənin davamı olmaqla yanaşı, həm də fiziki məhdudiyyətli vətəndaşların cəmiyyətə və sosial həyata inteqrasiyası nöqteyi-nəzərdən son dərəcə əhəmiyyətlidir.

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi
“Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi
“Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi
“Nar” fiziki məhdudiyyətli şəxslər üçün “Təlim məktəbi” layihəsinə start verdi
Geri qayıt