Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Xəstəxana şəfa ocağına yox, ticarət mərkəzinə bənzəyir"
"Xəstəxana şəfa ocağına yox, ticarət mərkəzinə bənzəyir"3-11-2016, 10:25 |
Gundelik-Baku.com bildirir ki, Astaranın Məçidməhəllə kənd sakini məktub yazıb. Rəfail Orucov Əlihəsən oğlu səhiyyə nazirinə və prezidentə üzləşdiyi özbaşınalıqdan bəhs edib. Onun sözlərinə görə, Astara rayon Mərkəzi Xəstəxananın baş həkimi Əliyev Əlövsətin “yüksək idarəçiliyi” sayəsində şəkərli diabet xəstəliyi əlçatmaz olub: “Dərman paylanan vaxtı bilərəkdən, qəsdən elə bir tıxac yaradırlar ki, sözün əsil mənasında rəzaləti dilə gətirəsi deyil. Çox vaxtı isə aptekdə işləyən xanım işçi həmin dərmanları minnətlə üstümüzə tullayır. Azərbaycan Səhiyyəsinə xələl gətirici rüsvayçılıq, biabırçılıq, növbələri həkimlər tərəfindən qəsdən pozurlar, bir sözlə Sizin gördüyünüz işlərə kölgə salınır. Mərkəzi Xəstəxananın dərman paylanan vaxt mərkəzi xəstəxana 91-ci illəri xatırladır. O vaxtlar çörək növbəsində bu rəzalətl, analoqu olmayan söyüşlər söyülürdü. Bu işlə əlaqədar olaraq Mərkəzi Xəstəxanın Baş həkimi Əlihövsət Əliyevə yaxınlaşaraq xahiş etdim ki, qayda-qanun yaratsın, 77 yaşlı bir qoca saatlarla növbədə durması necə çətindir. İzaha ehtiyac yoxdur gözüm yaxşı görmür üç dəfə əməliyyat keçirmişəm. Əlövsət Əliyev öz tərzi ilə mənə sayqısızlıq göstərərək heç dinləmək istəmədi, get necə dərmanı alırsan al dedi. Astara rayon mərkəzi xəstəxanasında özbaşınalıq baş alıb gedir. Xəstəxana şəfa ocağına yox ticarət mərkəzinə bənzəyir. Suparıbağ kəndində tikilmiş tibb məntəqəsi istifadəsiz vəziyyətdə qalıb. Sualım belədir ki, bütün kənd icra nümayəndəliklərində yüksək, müasir tələblərə cavab verən tibb məntəqələri inşa etdiribsiz və tibb işçiləri ilə təmin olunub. Şəkərli diabet xəstələri siyahıya alınır və kimlər hansı dərman istifadə etdiyini də bilinir. Cənab Prezident ümid edirəm ki, Astara rayon mərkəzi xəstəxanasında özbaşınalıq halları barədə ciddi tədbir görəcəksiniz. Əvvəlcədən Sizə öz minətdarlığımı bildirirəm”. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |