Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > MTN generallarının "şantaj biznesi"ndən topladıqları sahiblərinə qaytarıldı
MTN generallarının "şantaj biznesi"ndən topladıqları sahiblərinə qaytarıldı14-11-2016, 11:05 |
Saytımızda sabiq MTN rəhbərliyinin Azərbaycan vətəndaşları ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən bəzi əcnəbilərin də başına min cür oyun açıldığından, şantaj edilərək külli miqdarda pul qarşılığında rahat buraxıldığından bəhs etmişdik. Bu günlərdə sabiq MTN generalı Akif Çovdarovla bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Özəl mənbədən verilən məlumata görə, hazırda məhkəməsi gedən A.Çovdarovun əmlakını əlindən aldığı əcnəbilərin əmlakı MTN generalının yaxınları tərəfindən qaytarılıb və ya əvəzləşdirlib. Eyni zamanda rəsmən zərərçəkmiş kimi tanınmasalar belə, istintaq orqanlarına üzləşdikləri şantaj faktlarıyla bağlı müraciət edən əcnəbilərə dəymiş zərər də təqsirləndirilən şəxlslər tərəfindən gizlicə ödənilib. Məqsəd həmin əcnəbilərin A.Çovdarovla bağlı məhkəməyə müraciət etməsini əngəlləmək, vəziyyəti onsuz da ağır olan generalın işinin daha da müşkülə dönməsini önləmək olub. Bundan başqa, A.Çovdarovun yaxınları hesab edib ki, əcnəbilərə dəymiş zərərin ödənilməsi, bu işin uzun müddət məhkəmə perspektivini qoruyub saxlaması Azərbaycanla həmin əcnəbilərin vətəndaşı olduğu dövlətlər arasında diplomatik qalmaqala səbəb ola bilər ki, bu da MTN generalı və digər təqsirləndirilənlər üçün ciddi başağrısına çevrilə bilər. Məhz bu səbəbdən də məhkəmənin A.Çovdarola bağlı qərarını gözləmədən əcnəbilərə dəymiş zərərin ödənilməsi həyata keçirilib. Məlumat üçün qeyd edək ki, yalnız A.Çovdarovun deyil, daha bir sıra MTN generalının da əcnəbilərin əmlakına əl qoyduğu, digər şantaj əməlləri ilə onların xeyli pulunu mənimsədikləri iddia olunur. Geri qayıt |