Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nikoil Bank-da milyonları kimlər mənimsəyib?
Nikoil Bank-da milyonları kimlər mənimsəyib?16-11-2016, 10:42 |
Nikoil Bank sabiq İdarə Heyətinin sədri Vasili Xamazanı məhkəməyə verib. Bankdan verilən məlumatda bildirilirdi ki, sentyabr ayında Nikoil Bankın Müşahidə Şurasında dəyişiklik olub. Belə ki, Müşahidə Şurasının qərarı ilə Vasili Xamazansində iddia qaldırıb. Hazırda proses davam edir. Qeyd edək ki, Nikoil Bankın nizamnamə kapitalı 94 milyon 500 min manat təşkil edir. 30 iyun 2014-cü il tarixinə olan məlumata görə, bu bankın səhmlərinin 56,4%-i "Topaz İnvesments" QSC-yə, 42,6 %-i "Nikoyl" QSC-yə və 1%-i "İSR Holdinq" MMC-yə aiddir. Bu il iyul ayının əvvəlinə bankın toplam kapitalı 38.5 milyon manata yaxın olub. Halbuki məcmu kapitala olan ən aşağı tələb 50 milyon manatdır. Yeni səhmdarlar bankın nizamnamə kapitalını artırıblar. Əks təqdirdə bank bağlana bilərdi. Ötən ilin nəticəsinə görə, 23.6 milyon manat zərərə düşən bankın cari il göstəriciləri nisbətən yaxşılaşıb. 2016-cı ilin birinci yarısında bankın mənfəət 5 milyon 633 min manat təşkil edib. AzToday.az-ın apardığı araşdırmalar məlum oldu ki, "Nikoil Bank"ın əvvəlki rəhbərliyi yüz milyonlarla manat vəsait mənimsəyiblər. Belə ki, etibarlı mənbələrdən AzToday.az-a verilən məlumata görə, bankın idarə heyətindən uzaqlaşdırılan Vasili Xamaza və onun ətrafı eynilə "Beynəlxalq Bank"ın əvvəki rəhbərliyi kimi bankın hesabın milyonlar qazanaraq ölkədən çıxarıblar. Əgər Cahangir Hacıyev dəmir barmaqlıqlar arasına getsə də Vasiliyi Xamaza və yaxın adamları hələ də azadlıqda qazandıqları pulları rahatca xərcləməklə məşğuldurlar. AzToday.az-ı bilgiləndirən şəxsin iddiasına görə, Vasili Xamaza "Nikoil Bank"da idarə heyyətinin sədri olduğu vaxtlarda yaxın ətrafı böyük məblğlərdə vəsaitləri müxtəlif şəxslərin adlarına kredit adı ilə rəsmləşdirərək bankdan çıxardıblar. Hazırda həmin kerditlərin əksın yerinə İsgəndər Xəlilov sədr seçilib. Yeni rəhbərlik isə Xamazanı işlədiyi dövrdə bankda vurduğu zərərə görə ona qarşı Səbail rayon məhkəməəriyyəti banka qaytarılmamaqla problemli kreditlərin siyahısına düşüb. İddiaya görə, "Nikoil Bank"da Xamazanın əsas şəriklərindən biri onunla birlikdə darə Heyəti sədrinin hüquq məsələləri üzrə müşaviri işləmiş Ayxan Rüstəmzadə olub. Mənbəmiz bildirir ki, Ayxan Rüstəmzadə və ətrafı müxtəlif kredit və maliyyə əməliyyatları etməklə bankı milyonlarla manat ziyana salıb. Məlumatda qeyd olunur ki, həmin vəsaitlər hesabına Bakıda böyük bir zavod inşa edilib. Hazırda həmin zavodun fəaliyyət göstərdiyi və Ayxan Rüstəmzadə başda olmaqla bir neçə nəfərin burada payçı olduğu deyilir. Bilidirək ki, "Nikoil Bank" da baş verən bir maliyyə maxinasiyalaır barədə yaxın günlərdə oxucularımıza ilginc məlumatlar verəcəyik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |