Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Anar Məmmədovun CİDDİ SƏHVİ
Anar Məmmədovun CİDDİ SƏHVİ24-11-2016, 10:52 |
Uzun müddət kölgəyə çəkilmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov yenidən mətbuatın gündəminə gəlib. Gözlənilən idi. ABŞ-ın yeni prezidenti Donald Trampla iş birliyində olduğu deyilən A.Məmmədovun okeanın o tayından şad xəbər alan kimi yenidən ortaya çıxacağı və bu faktdan istifadə edərək mövqelərini möhkəmləndirməyə çalışacağı əvvəlcədən də ehtimal olunurdu. Hər halda, xüsusən atası ətrafında baş vermiş olaylardan sonra A.Məmmədov “əzələ nümayişi üçün” yeni bir təsir rıçaqına ciddi ehtiyac duyurdu. Ölkə daxilində manevr imkanlarını itirmiş cənab Məmmədov şübhəsiz ki, ümidini ABŞ-da keçirilən seçkiyə bağlamışdı. “Yaxın dost” və az qala ortaq kimi təqdim olunan Trampın prezident seçilməsi A.Məmmədova hava-su qədər lazımlı idi və heç bir şübhə yox idi ki, o, Bakıda adına Plaza tikdirdiyi şəxsin qələbəsindən revanş üçün istifadə etməyə çalışacaq. Nəhayət, seçkinin nəticələri açıqlanar-açıqlanmaz, A.Məmmədov yenidən özünü diqqət mərkəzinə gətirdi. “Anar Məmmədovun dostu Prezident seçildi” kimi başlıqlı xəbərlərlə manşetlərə çıxan A.Məmmədov ABŞ-da keçirilmiş seçkini sanki özü udubmuş kimi davranmaqla əslində nə qədər ciddi siyasi səhvə yol verdiyinin fərqinə varmadı. A. Məmmədov sevincindən başını necə itirdisə, dostuna yazdığı təbrik mətnini Azərbaycan Respublikasının Preidenti cənab İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubu ilə eyni vaxtda dövriyyəyə buraxmaqdan çəkinmədi və üstəlik Trampın ailə üzvlərilə çəkdirdiyi şəkilləri də yayımlamaqla “özünün üstün tərəfini” göstərəcək qədər yalnışlığa yol verdi. "Əziz dostum, sizi və ailənizi bu tarixi gün münasibətilə təbrik ediəm". A.Məmmədovun Trampa yazdığı təbrikdir. Xitaba diqqət edin: “Əziz dostum”. Əslində təsadüfi deyil bu. A.Məmmədov bununla ABŞ-ın yeni Prezidenti ilə kifayət qədər isti münasibətdə olduğuna dair kimlərdəsə fikir formalaşdırmağa çalışıb. Görünür A.Məmmədov burada da fərqinə varmayıb ki, EVİN BÖYÜYÜ məsələyə münasibətini bildirdiyi halda evin uşağının hansısa reaksiyası yersizdir, qəbulolunmazdır. Əlbəttə, A.Məmmədovun ötən illərdə Trampla iş biriliyində olmasında qeyri-adi heç nə yoxdur və tamamilə mümkündür ki, bu iki şəxs arasında doğrudan da isti manasibətlər olsun. Lakin Tramp artıq ABŞ-ın prezidentidirsə, deməli, “dostyana” söhbətlər də artıq aradan qaldırılmalı və yalnız rəsmi Bakının məsələlərə münasibəti rəhbər tutulmalıdır. Keçək A.Məmmədovun növbəti səhvinə. Dünən mətbuatda belə bir xəbər yayıldı: Anar Məmmədov Trampın andiçməsinə dəvət olunub. “Qafqazinfo”nun təqdim etdiyi bu xəbər çox keçmədi ki, digər saytlara da ayaq açdı. Görünən o idi ki, cənab Məmmədov bu xəbərlərin yayılmasında maraqlıdır. Hər halda, bu vaxta qədər onun dilindən hər hans təkzib açılaması səslənməyib. Deməli, o, Trampın prezidentliyindən istifadə etmək kimi planını reallaşdırmaqda israrlıdır. Amma və lakin yenə də fərqində deyil ki, olduqca təhlükəli gedişlər edir. Rəsmi Bakının Trampın andiçmə mərasimilə bağlı hər hansı mövqeyi bəlli olmadan, rəsmi şəxslərdən kimin həmin mərasimdə iştirak edəcəyi bilinmədən bir iş adamının ABŞ prezidentinin andiçmə mərasimində iştirak etmək üçün dəvət aldığına dair məlumatlar yayması nə dərəcədə doğrudur? A.Məmmədov bununla nə demək istəyir? Kimə əzələ nümayiş etdirir?.. Şübhəsizdir ki, məsələnin siyasi tərəfini nəzərə almadan, hakimiyyətin mövqeyi ilə hesabalaşmadan atılan addımlar heç bir halda uğur gətirə biıməz və görünür A.Məmmədov bütün bunları göz önünə gətirərərk “vabank” oynamaq qərarına gəlib. Söhbət hanısa müğənninin solo konsertindən getmir. ABŞ prezidentinin andiçmə mərasimi siyasi tədbirdir və burada iştirak edəcək şəxs və ya heyətlə bağlı qərarı ancaq rəsmi Bakı verə bilər. A.Məmmədov bunu qəbul eləmirsə, bu artıq başqa bir söhbətin mövzusudur. Geri qayıt |