Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Cənab Şərifovun işçiləri bir-birinin bənzəridir...
Cənab Şərifovun işçiləri bir-birinin bənzəridir...29-11-2016, 11:25 |
Bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda İmişli rayonu Maliyyə idarəsində yer almış çeşidli qanun pozuntularına dair açıqlamalar təqdim olunur. Bildirilir ki, qurumun rəhbəri Rəhim Rəhimov tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, törədilən müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallara davamlı olaraq yol verilir. Artıq xəbər verildiyi kimi, bir müddət əvvəl Rəhim Rəhimovun törətdiyi xuliqanlıq əməli hətta bu məmurun artıq işdən azad olnunacağına da rayonda bir əminlik yaratmışdı. Bu barədə yayımlanan məlumatda deyilirdi: “İmişli rayon Maliyyə idarəsinin Rəhim Rəhimov həmin idarənin baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda dava salıb. Həmin olayın yeni təfərrüatları məlum olub. Belə ki, açıqlamaya görə, rayon mərkəzində “Nərgizim” şadlıq sarayında keçirilən toy məclisində Rəhim Rəhimov sərxoş vəziyyətdə “disko” rəqsi edərkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsin onun yersiz hərəkətlərinə irad bildirməsindən qəzəblənərək, ona çoxsaylı fiziki xəsarətlər yetirib. Mənbənin verdiyi məlumata görə, İmişli rayon Maliyyə Şöbəsinin müdiri Rəhim Rəhimova həmin toyda iştirak edən oğlu da yaxından kömək edib. Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan Kərimi dərhal rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimin ilkin yardımından sonra müalicəsini ambulator şəraitdə davam etdirən baş mühasib İmişli Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Polis Şdarəsində Rəhim Rəhimov haqqında bədənə xəsarət yetirdiyi üçün xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Qəribədir ki, Rəhim Rəhimov hadisədə bilavasitə iştirak edən oğlunu hələ ki, özü haqqında açılan cinayət işindən yayındıra bilib. Lakin məsələ ilə bağlı faktı təsdiq edən polis əməkdaşı bunun müvəqqəti xarakter daşıdığını bildirib. Redaksiyamıza məlumat verən mənbə bildirdi ki, Rəhim Rəhimov hadisədən sonra demək olar ki, iş yerinə gəlmir. Mənbə əlavə olaraq qeyd etdi ki, rayonun baş maliyyəçisi döyərək xəsarət yetirdiyi şəxsin şikayətinin geri götürülməsi üçün mümkün olan bütün vasitələrdən isitfadə edir. Onu da bildirək ki, olayda adı çıkilən R.Rəhimov dəfələrlə bir çox qalmaqalların iştirakçısı olub...” Lakin sonradan aldığımız açıqlamadan məlum oldu ki, Rəhim Rəhimov bu dəfə də “sudan quru çıxmağı” bacardı. Belə ki, baş vermiş qalmaqaldan sonra İmişli rayonu Maliyyə idarəsinin rəhbəri tutduğu vəzifədən kənarlaşdırlmışdı. Amma təxminən bir ay bundan əvvəl Rəhim Rəhimov gözlənilmədən yenidən öz vəzifəsinə bərpa olundu. Hətta vəzifəsinə geri dönən məmur baş verənlərdə özündən başqa “günahkarlar” da axtarıb tapmağa cəhd göstərib. Bu barədə aldığımız məlumatda deyilir: “Məlum dava-dalaşdan sonra Rəhim Rəhimovu vəzifədən müvəqqəti kənarlaşdırmışdılar. Həmin müddət ərzində onu bu vəzifədə müavini Qoçu müəllim əvəz edirdi. Öz işinə qayıdandan sonra isə, Rəhim Rəhimov müavinini ona qarşı guya ki, intriqa aparmaqda ittiham etməyə başladı. Hələ bir özünün yol verdiyi bir çox maliyyə maxinasiyalarını da müavininin adına çıxarmağa çalışdı. Amma Qoçu müəllimin qardaşının Maliyyə Nazirliyində məsul vəzifə tutması faktı, onu Rəhim Rəhimov üçün “əlçatmaz” rəqibə çevirdi. Bu səbəbdən də tərəflər artıq bir-birilərinə qarşı barışmaz mövqeylərdə də olsalar, hələlik birgə fəaliyyətlərini davam etdirmək məcburiyyətidədirlər...” Adı keçən hər iki tərəfin mövqeyini işıqlandıra bilərik. Geri qayıt |