Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fətullah Gülənə bu adam hələ də haqq verirmiş...

Fətullah Gülənə bu adam hələ də haqq verirmiş...


30-11-2016, 12:02
Fətullah Gülənə bu adam hələ də haqq verirmiş...
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Türkiyədə böyük insan tələfatı və kütləvi həbslərlə müşahidə olunan hərbi çevrilişə cəhd göstərən FETÖ terror təşkilatının Azərbaycandakı əsas istehkamlardan biri olaraq qalır.

Bu barədə AzToday.az saytına daxil olan növbəti məlumatda qeyd olunur ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov ətrafına topladığı “fətullahçılarla” birlikdə Pensilvaniyada oturan məlum zata xüsusi sədaqətlə xidmət etməkdə davam edirlər.

Bu barədə saytımızı məlumatlandıran mənbə qeyd edib ki, Taleh Ziyadov və onun Limandakı sağ əli Məftun Abbasov, Amid Əliyev, Söhrab İsmayılov, həmçinin Taleh Zifadovun bir neçə müşaviri, o cümlədən Xudayar və Şahin adlıf müşavirləri və Kərim adlı peşəkar offşor işləri üzrə mütəxxəsis Fətullah Gülənə xüsusi sədaqətləri ilə seçilən şəxslərdir.

Daxil olan məlumatı olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik.

“Taleh Ziyadovun ətrafındakı hər kəs Fətullah Gülənə sədaqətləri ilə seçilirlər. Bunların arasında Taleh Ziadovun sağ əli, Limanda baş direktordan sonra ikinci hakimi-mütləq şəxs olan və Limanda Auidit Xidmətinin rəisi olaraq çalışan Məftun Abbasovu, onun müavini Söhrab İsmayılovu, Liman işçiləri tərəfindən Taleh Ziyadovun “şəxsi cəlladı” adlandırılan və vəzifəsi Həmkarlar İttifaqının sədri olaraq fəhlələrin hüquqlarını müdafiə etmək olsa da, bunun əvəzinə işçilərə divan tutmaqla məşğul olan Amid Əliyevi, Taleh Ziyadovun yaxın ətraının belə yaxşı tanımadığı ABŞ təhsilli Kərim adlı şəxsi və Taleh Ziyadovun bir neçə müşavirini göstərmək olar.

Qəribədir ki, bu adamların əksəriyyəti Taleh Ziyadov Limana baş direktor təyinatı almamışdan əvvəl daha əvvəl əhəmiyyətli yerlərdə əhəmiyyətli vəzifələdə çalışıblar. Misal üçün, Məftun Abbasov onun üçün xüsusi olaraq yaradılan Auidit Xədmətinin rəisi olmamışdan əvvəl Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mühüm işlər üzrə müstəntiq işləyib. 30 yaşlı bu gənc orta və ali təhsilini də Fətullah Gülənə aid olan məktəblərdə alıb. Fətullah Gülənə xüsusi sədaqəti ilə seçilən şəxslərdən biri hesab olunur. Bu şəxsin Qafqaz Universitetinin prorektoru, Azərbaycanda Fətullah Güləninin əsas etimad göstərdiyi və xüsusi vəkalət verdiyi Natiq Paşanın kadrlarından biri hesab olunur. Natiq Paşa hələ 80-ci illərin sonlarından Fətullah Gülənə bağlı bir şəxsdir və onun Gülənə xüsusi sədaqətinin nümunəsi iki oğlunun adında birləşib. Natiq Paşanın oğlunun birinin adı Fətullah, digərinin adı isə Güləndir. Qafqaz Universiteti yarananda bəri isə Natiq Paşa Gülən üçün xüsusi əhəmiyytli bu təhsil ocağını idarə edib.

Məftun Abbasovu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində yerləşdirən də məhz Natiq Paşa olub. Onu da qeyd edim ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, SOCAR-da və bir çox başqa dövlət qurumlarında Natiq Paşanın peşəkar kadrları çoxdur və bu kadrlar öz “paşalarına” sədaqətlə qulluq edirlər.

Məftun Abbasovun Limana transfer olunması da Azərbaycandakı Gülənçi imamların ortaq qərarı olub. Onu xüsusi strateji əhəmiyytli bu obyektin ələ keçirilməsi üçün Taleh Ziyadovun əsas yardımçısı vəzifəsi verilib. O da hazırda bu vəzifəni hazırda “layiqincə” yerinə yetirir.

Bundan başqa Məftun Abbasovun müavini Söhrab İsmayılov da Natiq Paşanın kadrlarından hesab olunur. Söhrab İsmayılov daha əvvəl Mərkəzi Bankda xidmət rəisinin müavini vəzifəsində çalışıb. O da Taleh Ziyadov Limanın başına keçdikdən sonra birbaşa Gülənin Azərbaycandakı imamlarının ortaq qərarı ilə Limana transfer olunub.
Doğurdan da düşündürücüdür, Məftun Abbasov Limana hansısa əhəmiyyətsiz xidmət rəisi vəzifəsinə gəlmək üçün niyə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsindən imtina etsin? Bu məntiqli deyil. Azərbaycan reallıqları üçün heç məntiqli deyil. Bu addımı öz xoşu ilə bu ölkədə kim atar?

Və yaxud da kim Mərkəzi Bankda böyük bir şöbənin rəis müavini vəzifəsindən çıxıb Limanda xırda bır xıdmətə rəis müavini vəzifəsinə gələr? Və bunu öz xoşu ilə edər? Xatırladım ki, istər Məftun Abbasov, istərsə də, Söhrab İsmayılov öz ərizələri ilə işdən çıxıblar. Bu qədər sürətlə karyera qazanan bu iki gənc niyə öz karyeralarının üstündən xətt çəkiblər? Buna onları hansısa zərurət məcbur edib və bu zərurəti təbii ki, Gülənin Azərbaycandakı imamlarından gələn əmr olub.

Burda Amid Əliyev faktorunu da unutmaq olmaz. Məftun Abbasova yaxın olan bu şəxs Limanda Həmkarlar İttifaqının sədri vəzifəsini yerinə yetirsə də, prokuror təfəkkürlü Məftun Abbasovun adamıdır. Məftun Abbasovun Limandakı bütün çirkli işlərini məhz bu şəxs vasirəsi ilə həyata keçirir. Kimisə zorla işdən çıxarmaq gərəkirsə, bu prosenin Limanın Həmkarlar İttifaqının sədrinin həyata keçirir. Amid Əliyev işçiləri yeri gələndə şantaj edir, yeri gələn təhdid edir, yeri gələndə isə fiziki təzyiqlər həyata keçirir. Əsas odur ki, Taleh Ziyadovun və Məftun Abbasovun tapşırıqları olduğu kimi həyata keçməlidir.

Mən sizə deyim ki, son bir ildə Limanın təcrübəli və peşəkar işçilərinin 80 faizi ixtisar edilib. Bu insanların hamısını qeyri-qanuni yolla işdən çıxarıblar və onların əvəzinə heç bir təcrübəsi olmayan işçiləri işə alıblar.

Taleh Ziyadov bu təmizləməni hansı zərurət üzündən həyata keçirir? Çünki FETÖ-nün Azərbaycan qolu onun qarşısında birmənalı olaraq vəzifə qoyub. Limanda onlara mane olacaq heç bir güc, nəinki güc, hətta bir adam belə qalmamalıdı.

Bunda əvvəldə dediyim kimi, Fətullah Gülənin əsas məqsədi Xəzər Azad İqtisadi Zonasını tam olaraq nəzarətə götürmək və burda offşor zonası formalaşdırmaqdır. Bunun üçünsə Limanda Gülənçi şəbəkənin kadrlarından ibarət dəstə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında hörümçək toru kimi əhatə edib. Lakin onların məqsədi tək bununla bitmir.

FETÖ-nün Azərbaycan qolu Xəzər Gəmiçilik İdarəsini də tam olaraq nəzarətlərinə almağa çalışırlar. Bunun üçün də onlar planlarını artıq tətbiq etməyə başlayıblar. Taleh Ziyadovun qarşısındakı vəzifələrdən biri də Xəzər Gəmiçilik İdarəsi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanını birləşdirmək və Taleh Ziyadovu bu böyük qurumun başına gətirməkdir. Bununla FETÖ-nün Azərbaycan qolu Xəzər dənizinin Azərbaycan sektorunda tam hakimiyyətə sahib olacaqlar. Onu da deyim ki, artıq FETÖ-nün Azərbaycan qolu bu məqsədlə hakimiyyət daxilində işlər görürlər. Yəni müxtəlif vəzifəli şəxslər struktur islahatı altında bu təklifləri irəli sürməkdədirlər.

Bu məsələ ilə bağlı son zamanlar Taleh Ziyadov nəqliyyat naziri Ziya Məmmədovdan da dəstək almağa çalışır. Taleh Ziyadov bu məsələ ilə bağlı Anar Məmmmədovla anlaşmağa cəhd edir və bunun üçün Hazırda ABŞ-da olan Anar Məmmmədova Pensilvaniyadakı bəzi dairələrdən təzyiqlər də olunur. Trampın ABŞ prezidenti seçilməsindən sonra isə bu mərhələ daha da aktivləşdirilib. Çünki istər Ziya Məmmədovun klanı, istərsə də, Fətullah Gülən şəbəkəsi yaxşı başa düşür ki, onların ittifaqı Trampdan yararlanmaq üçün daha effektlidir və tək-tək Trampın prezidentlik dönəmindən yaralanmaq elə də asan olmayacaq.

Mən bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, FETÖ-nün Azərbaycan qolunun fəaliyyəti, o cümlədən Taleh Ziyadovun və ətrafına topladığı şəxslərin fəaliyyəti Azərbaycan dövlətinin və hakimiyyətinin milli təhlükəsizliyi üçün təhlükə mənbəyidir. Təbii ki, onların bu gün ölkəmizə nümayiş etdirdikləri sədaqət saxta sədaqətdir. Eyni sədaqəti Türkiyə dövlətinə 15 iyul dövlət çevrilişinə qədər Türkiyənin çoxlu sayda hərbçiləri, hakimləri, prokurorları və müxtəlif sahələrdə çalışan məmurları da nümayiş etdirirdilər. Amma 15 iyulda Türkiyədə ortada olan nəticə faciəvi idi və bizim bu faciədən ibrət götürməytmiz gərəkir”.

Qeyd edək ki, bu yazıda səsləndirilən iddialarla bağlı yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt