Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fazil Məmmədovu Siyəzəndə blokadaya alıblar?

Fazil Məmmədovu Siyəzəndə blokadaya alıblar?


6-12-2016, 11:00
Fazil Məmmədovu Siyəzəndə blokadaya alıblar?
Siyəzən şəhəri, Füzuli küçəsi ev 39-da yaşayan Sədrəddinov Roman Nadir oğlu mia.az-a şikayət məktubu göndərib.
O, vətən qarşısında göstərdiyi xidmətlərə görə Prezident tərəfindən 3-cü dərəcəli “Fərqlənmə Medalı”na layiq görüldüyünü xatırladaraq, bildirir ki, hazırda rayonda üzləşdiyi haqsızlıqlarla bağlı bir çox qurumlara şikayət etsə də, tədbir görən olmayıb:
“Vergilər naziri Fazil Məmmədov 25 noyabr 2016-cı il tarixdə Siyəzən rayonunda vətəndaşların qəbulunu keçirən zaman, daha dəqiqi, bir gün qabaq Sumqayıt Ərazi İdarəsi tərəfindən növbədə 9-cu adam olmaqla, qeydiyyata alındım.
Əfsuslar olsun ki, cənab nazir Siyəzəndə olarkən, rayonda etdikləri bir sıra qanunsuz hərəkətlərinin ifşa olunacağından ehtiyat edən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev və digərlərinin vergi əməkdaşları Azər Babayev və Teyfur adlı şəxslərə tapşırığına görə qəbula düşə bilmədim. Onlar müxtəlif bəhanələrlə, o cümlədən güya növbədə 40-cı adam olduğum bəhanəsi ilə məni aldadaraq, nazirin qəbuluna buraxmadılar”.
R.Sədrəddinov probleminin nə olduğunu açıqlamasa da, deyir ki, o, aylardır rayondakı özbaşınalıqlarla bağlı aidiyyatı qurumlara şikayət edir, ancaq hələki bunlarla maraqlanan olmayıb.

Geri qayıt