Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Cahangir Hacıyevin şəriki 2 milyardı necə xərcləyib?
Cahangir Hacıyevin şəriki 2 milyardı necə xərcləyib?9-12-2016, 08:19 |
Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev uzun illər rəhbərlik etdiyi bank vasitəsi ilə 100 milyonlarla dolları ölkədən kənara çıxarması ittihamı ilə həbs edilərək barəsində məhkəmə hökmü çıxarılıb. Ancaq onun şəriklərindən biri kimi mətbuatın gündəminə gələn “T.T.S inşaat” MMC-nin prezidenti Qorxmaz Paşayev məsuliyyətdən yayına bilib. Bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Q.Paşayevin adı ötən il “Sabiq deputat Beynəlxalq Bankdan 2 milyarda yaxın pulu necə götürüb?” (http://musavat.com/news/olke/sabiq-deputat-beynelxalq-bankdan-2-milyarda-yaxin-pulu-nece-goturub_270415.html ) sərlövhəli yazıda keçib. Həmin yazıdan sitat: “Beynəlxalq Bank işinin istintaqı başlanan gündən ölkədən gedənlərdən biri də Cahangir Hacıyevin “sağ əli” Qorxmaz Paşayevdir.“T.T.Ş” MMC-nin prezidenti olan Q.Paşayevin rəhbəri olduğu MMC uzun illər C.Hacıyevin sayəsində dövlət qurumlarının elan etdiyi tenderlərin qalibi olub. Q.Paşayev ölkədən gedəndən sonra onun şirkətinin Şamaxıda həyata keçirdiyi su və kanalizasiya çəkilişi layihəsi də yarımçıq dayandırılıb. Qaynağımız bildirib ki, uzun illər Rusiyada yaşamış Q.Paşayevin orada yaşayan azərbaycanlı sahibkarlarla münasibətləri korlanıb, külli miqdarda borca görə Azərbaycana gəlib. Bundan sonra C.Hacıyevlə münasibətləri yaranıb. Beynəlxalq Bankdan götürdüyü pullar və bilavasitə bank rəhbərinin şəxsi pullarının dövriyyəsində fəal iştirakçı olub. Q.Paşayevin C.Haciyevin dostluğu onun şirkətinin iştirakçısı olduğu bütün tenderlərin udmasına səbəb olub. Məsələn, “Qaçqınkom” tərəfindən keçirilən, Qusar-Baki su kəmərinin çəkilməsi üçün keçirilən, həbsxana tikintiləri üçün keçirilən, Şamaxı su və kanalizasiya çəkilişi üçün keçirilən tenderlərin bir qayda olaraq Q.Paşayevin şirkətinin qalib olması buna sübutdur. Qaynağımız deyib ki, C.Hacıyevlə Q.Paşayev əldə etdikləri milyonlar hesabına Bakıda və Ukraynada böyük restoranlar şəbəkəsi alıblar və saysız-hesabsız obyektlərə yiyələniblər”. Həmin yazıda Qorxmaz Paşayevin soyadından sui-istifadə edərək hakimiyyətlə bağlarının olduğu haqda ətrafında yalançı rəy yaratması da qeyd olunur: “Halbuki, onun Paşayevlərlə yaxından-uzaqdan heç bir qohumluğu yoxdur”. İstiqlal.az-ın əldə etdiyimiz son xəbərlərə görə Q.Paşayev ölkədən çıxardığı pulların bir qismini Ukraynada biznesə yatırtsa da, əsas astronomik məbləğlər Vyanada bahalı əmlaklar, restoranlar alınmasına məsrəf olunub. Həmin pullara alınan bahalı restoranlardan biri də “Feria Lounge” adlanır. VyananınFranz-Josefs-Kai 11 // 1010 Wien prospektində yerləşən bu restoranın aylı gəliri 100 min dolları aşır. O, 2012-ci ildə təkcə bu restoranın alınmasına ümumilikdə 1 milyon dolara yaxın pul verib. Əvvəl ərazidə balaca kafe və bir dükan olub. Q.Paşayev oradakı dükanı 450 min dollara, kafeni isə 500 min dollara alıb. Bundan sonra bu tikililər birləşdirilərək böyük restoran-bar şəklinə salınıb. Q.Paşayev təmir tikinti işinə 500 min dollar xərcləyib. O, ətrafındakılara deyib ki, restoranı özünə deyil, onu himayə edən bir nazirə alıb. İlkin dövrlərdə həmin nazir dediyi şəxsin Beynəlxalq Bank prezidenti olması fikri yaransa da, sonradan aydın olub ki, Q.Paşayev tamamilə başqa bir şəxsin pullarının sadəcə idarəçisidir, onun şirkətinin Azərbaycandakı himayəçisi də həmin nazir adlandırdığı şəxsdir. Q.Paşayevə müxtəlif tenderləri qazanmaq imkanını da məhz himayəçisi yaradıb. Q.Paşayevə Azərbaycanda tenderlərdən qazandığı pulların kəm-kəsirini özünə götürmək imkanı tanıyıblar. Bunun əvəzində onun üzərindən xaricə 100 milyonlar transfer olunub. Q.Paşayevin təsisçisi olduğu «T.T.Ş İnşaat» MMC-nnin saytında (http://ttshinshaat.az/qorxmaz-pashayev/) özü haqda bioqrafik məlumatlar da verib: 1993-cü ildə Leninqrad Sellülöz Kağız Sənayesi Texnoloji İnstitutunu, 2002-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu bitirib. 1992-ci ildən «T.T.Ş İnşaat» kooperativinin, 1997-ci ildən «T.T.Ş İnşaat» k. m.- in, 2004-cü ildən «T.T.Ş İnşaat» MMC-nin təsisçisi və prezidentidir... Geri qayıt |