Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Samir Şərifovun Neftçaladakı kadrından xəbəri varmı

Samir Şərifovun Neftçaladakı kadrından xəbəri varmı


12-12-2016, 11:26
Samir Şərifovun Neftçaladakı kadrından xəbəri varmı
Ölkənin hər yerində vətəndaşların məmur özbaşınalığından əziyyət çəkməsi heç kimə sirr deyil. Məmurlar özlərini ölkənin sahibi hesab edib, vətəndaşların başına min bir oyun gətirir.

Məmur özbaşınalığından bu və digər formada əziyyət çəkən rayonlardan biri də Neftçaladır. Rayonda rüşvətхorluq, məmur özbaşınalığı baş alıb gedir, heç kim buna dur demək istəmir.
Teref.info yazır ki, rayon sakinlərinin nia.az-a verdiyi məlumata görə, Neftçalada ən böyük söz sahiblərindən biri Rəşid Manafov və onun yaхın ətrafıdır. 16 ildir rayonun Maliyyə İdrasinə rəhbərlik edən bu şəхs özü üçün böyük biznes imperiyası yaratmağa nail olub. Məlumatı verən mənbə bildirib ki, Neftçalada onun və ailə üzvlərinin adına olan obyektlərin sayı-hesabı yoxdur.
(rayonun mərkəzində yerləşən 8 ticarət mərkəzi)

Samir Şərifovun Neftçaladakı kadrından xəbəri varmı
Samir Şərifovun Neftçaladakı kadrından xəbəri varmı

Rəşid Manafovun biznes imperiyasına rayon avtovağzalının yanındakı mebel seхi, Neftçala bazarındakı məişət evi, rayonun mərkəzində 8 ticarət mərkəzi, tikinti-quraşdırma idarəsi, habelə tikintisi hələlik yarımçıq qalmış onlarla obyekt, 100 hektarlarla əkin sahiəsi,bulvarda yerləşən bulvar kafe və s. daхildir.
(Bulvar kafe)

Samir Şərifovun Neftçaladakı kadrından xəbəri varmı

Bu idarə rəhbərinin sahib olduğu biznes şəbəkəsinin bir hissəsidir. Onun mülklərinin sayı bundan qat-qat artıqdır.Sakinlər bildiriblər ki, Rəşid Manafovun biznesi təkcə Neftçala ilə kifayətlənmir. Onun Salyanda, Bakıda və ölkə xaricində də biznes obyektləri var. Neftçalada isə böyük balıq dammaları və torpaq sahələri mövcuddur. Onun devalvasiya zamanı öz pullarının böyük miqdarını ölkədən çıxardığı da iddia olunur.
(Rayonun mərkəzində yerləşən 2 mərtəbəli məişət evi )

Samir Şərifovun Neftçaladakı kadrından xəbəri varmı

Rəşid Manafov bacısı oğlu Aydın Aslanovu Neftçala şəhər bələdiyyəsinin sədri təyin etdirib. Hətta Aydın Abbasov Neftçalada yayılan və hər kəsin izlədiyi video-görüntülərdə də dayısı tərəfindən bələdiyyə sədri təyin olunduğunu etiraf edib.
Aydın Aslanov əvvəlcə Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Neftçala rayon təşkilatına sədr təyin edilib. Amma onun Qarabağ müharibəsində nə vaхt və hansı istiqamətdə aparılan döyüşlərdə iştirak etdiyini nə görən var, nə də eşidən. Əvəzində isə o, Neftçalanın icra başçısı İsmayıl Vəliyevdən yazdığı şikayət ərizələri ilə məhşurlaşıb.
Rəşid Manafov kimi bacısı oğlunun da Neftçalada kifayət qədər ticarət obyekti var.
Dövlət tərəfindən Qarabağ əlilləri üçün ayrılmış 30 hektar torpaq sahəsi bu günədək sahiblərinə verilməyib. Bələdiyyə sədri və daysının işbirliyi nəticəsində bu torpaq sahəsi başqalarının əlinə keçib.
Prezidentin bələdiyyə torpaqları ilə bağlı imzaladığı sərəncamlara məhəl qoymayan Aydın Aslanov vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur.
Rayon sakinləri bildirir ki, onunla bağlı dəfələrlə yuхarı dairələrə şikayət edilsə də, heç bir nəticəsi olmayıb.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Geri qayıt