Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Başçı problemləri qaçmaqla həll etmək istəyir?
Başçı problemləri qaçmaqla həll etmək istəyir?15-12-2016, 12:01 |
DİA.AZ: - Güclü külək üzündən dekabrın 13-dən 14-ə keçən gecə işıqsız qalan Lerik rayonunda 50-yə qədər kənddə, hələ də, elektrik enerjisinin olmadığı bildirilir. Dekabrın 14-ü axşamdan etibarən isə ölkənin cənub rayonlarına güclü qar yağır. Gecə saatlarında 8-10 dərəcə şaxta müşahidə edilib. Qarın ağırlığına tab gətirməyən dirəklərin aşdığı, naqillərin qırıldığı bildirilir. DİA.AZ-a müraciət edən Lerik sakinləri bildirir ki, yaranmış problemlə bağlı yerli icra nümayəndəsinə və icra hakimiyyətinə müraciət etsələr də, hələ də rəsmilərdən kimsə görünmür. Sakinlər dia-az.life-a bildirir: "İcra başçısına şəxsən müraciət olunub. O isə edilən telefon zəngini qapatmaqla reaksiya verib. Belə başçı olarmı?" dia-az.life bildirir ki, hazırda əməkdaşlarımızda biri də rayon ərazisindədir. Problemlə bağlı əlavə bilgilər veriləcək. Geri qayıt |