Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycandan birdəfəlik gedib...

Azərbaycandan birdəfəlik gedib...


16-12-2016, 14:27
Azərbaycandan birdəfəlik gedib...
DİA.AZ: - Bir zamanların əfsanəsi olan və son olaraq "Beynəlxalq Bank" işi ilə əlaqədar "Bandotdel"də müəyyən müddətə həbs yatan, ardından da azadlığa çıxmağa müvəffəq olan Hacı İbrahim Nehrəmli Azərbaycanı birdəfəlik tərk edib. Bu barədə DİA.AZ-a daxil olan xəbərdə deyilir.

Məlumatı verən mənbə iddia edir ki, Hacı İbrahim Nehrəmlinin "Xəzər Adaları" layihəsi tam olaraq iflasa uğrayıb. Mənbənin dia-az.life-a söylədikləri:

"Artıq ada barədə nağıllar bitib. Nehrəmlinin son "sponsorları" da əslində onun ortalıqda var-gəl etməsi üçün azım idi. İndi isə o, Azərbaycanı tam və birdəfəlik olaraq tərk edib. Hətta ölkədəki obyektlərindən bəzilərini satmağa da müvəffəq olub. Bu barədə əksəriyyət məlumatlıdır. Gğrünür, o da qardaşının (Nazim İbrahimov nəzərdə tutulur - red.) onu sona qədər qoruya bilməyəcəyinə tam əmin olduqdan sonra bu addımı atıb.

Qeyd edək ki, Hacı İbrahim Nehrəmli Azərbaycanda 100 milyard dollarlıq "Xəzər Adaları" layihəsinin əsas icraçısı idi. Sonradan isə onun fırıldaq üstündə qurulan imperiyası darmadağın oldu. Əslində, burada İbrahimov qardaşlarının siyasi iflası da müstəsna rol oynayırdı. İndi isə onun birdəfəlik kapitulyasiya xəbərini alırıq. Yəqin ki, bu gediş bir çox dairəlırin ürəyincə olmayacaq. Çünki Nehrəmlinin hazırda da külli miqdarda borcunun olduğu deyilir...

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt