Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hacıqabulun icra başçısı haqda ilginc iddialar

Hacıqabulun icra başçısı haqda ilginc iddialar


19-12-2016, 10:39
Hacıqabulun icra başçısı haqda ilginc iddialar
Hacıqabul rayonu ilə bağlı tənqidi məqamlar hər zaman bol olub. Dövrü mətbuatda adıçəkilən rayondakı çatışmazlıqlarla bağlı müntəzəm olaraq özündə faktları əks etdirən məqalələr dərc olunub. Elə Savash.org-un elektron ünvanına davamlı olaraq göndərilən faktlar da Hacıqabulda kifayət qədər problemlərin olmasından xəbər verir. Həmin faktlara göz atmazdan öncə isə Savash.org-un təqdimatında Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovla yaxından tanış olmağa çalışaq. Beləliklə...

Kimdir Muxtar Əhmədov: qısa tanışlıq
Qeyd edək ki, Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov əslən rəhbərlik etdiyi rayondan deyil. Əhməd Kərəm oğlu Muxtarov 5 fevral 1951-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 1972-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu, 1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirən Ə. Muxtarov əmək fəaliyyətinə 1968-də Yevlax Neftbazasında operator vəzifəsilə başlayıb. Daha sonra isə Yevlax şəhər İctimai iaşə idarəsində mühasib işləyib.
1974-80-ci illərdə Yevlax şəhər komsomol komitəsində komsomol təşkilatları şöbəsinin müdiri, 1980-81-ci illərdə Yevlax rayon Xaldan mal-qara kökəltmə sovxozunda partkom, 1983-91-ci illərdə isə Yevlax rayon XDS İcraiyyə Komitəsinin sədr müavini olub.

1991-97-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısnın aparatında müxtəlif vəzifələr tutub. 1997-2000-ci illərdə Yevlax rayon Kooperativ cəmiyyəti İdarə Heyətinin sədri postunu tutub. 2000-2005-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə yüksəlib. Daha sonra bir il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərdənizneftinşaat trestinin sosial məsələlər üzrə müdir müavini vəzifəsində çalışıb.

29 mart 2006-cı il tarixində Prezidentin 1380 saylı sərəncamı ilə Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.

Keçmiş “Neftbaza” operatoru Hacıqabulu necə idarə edir?
Apardığımız müşahidələr, daxil olan məlumatlar belə düşünməyə əsas verir ki, Əhməd Muxtarov fəaliyyətindən ən çox narazılıq edilən icra başçılarının sırasında qərarlaşıb. Bunun səbəbləri isə kifayət qədərdir. Hər halda ölkə boyunca müşahidə edilən inkişaf fonunfa Hacıqabul rayonunun hələ də problemlər girdabında çabalaması ən böyük faktdır. Rayonda işsizlik səviyyəsinin yüksək olması, abadlıq-quruculuq işlərinin yarıtmaz şəkildə həyata keçirilməsi, ayrılan büdcə pullarının mənimsənilməsinə dair şübhələrin yayğın olması – bütün bunlar müasir Hacıqabulu səciyyələndirən əsas kriteriyalara çevrilib.

Hacıqabul rayonundan daxil olan məlumata görə icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə verərək dövlətdən ayrılan yüzminlərlə manat vəsaiti mənimsəyir. Həmin şirkətin “Muğan-1” firması olduğu bildirilir. İcra başçısının əli ilə tenderin qalibi olan “Muğan-1” firması çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. İddialara görə adı çəkilən firma kənd yollarının tikintisi üçün hazırlanan lahiyəyə sadəcə kağız üzərində əməl edərək ayrılan vəsaitin təxminən yarısını mənimsəyib. Yəni asfaltın qalınlığı lahiyyədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun firması bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib.

İcra başçısının obyektləri, sıxışdırılan sahibkarlar və daha nələr...
Savash.org-a daxil olan məlumata görə Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin təmiri abadlaşdırılmasını isə “İnşaatçı-S” MMC yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb.

Məlumatlı şəxs “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxatarova ayrılan vəsatin 15 fazinin verildiyini bildirir. Əhməd Muxtarovun tikinti yol təmiri maxinasiyalarından başqa həm də rayonun bir çox münbit ərazisinda heyvandarlıq təsərüfatları və əkinçilik sahələri yaratdığıda bildirilir. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir.Mənbə onu bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. İcra başçısı həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarada rüşvət aldığı iddia olunur.

İcra başçısı büdcə təşkilatlarından aylıq haqq alır?
Daxil olan məlumata görə, Əhməd Muxtarov hər ay rayon Təhsil şöbəsi, Səhiyyə idarəsi, Mədəniyyət və Turizm şöbəsi, Suvarma Sistemləri İdarəsi, Pirsaat Qış Otlaqlarının Su Təchizatı Sistemləri İdarəsi, Kür Su Kəmərləri İdarəsi, Rayon Telefon Qovşaq idarəsi, 2 saylı Yol Yaşıllaşdırma MMC və digər təşkilat rəhbərlərindən hesab alır.

Belə ki, icra başçısı hər bir büdcə idarəsindən ən azı 2 min manat hesab yığır. Daxil olan məlumatda iddia olunur ki, Əhməd Muxtarovun idarə müdirlərindən haqqını köməkçisi toplayır.

Bununla bağlı, eləcə də sahibkarlardan müxtəlif adlar altında davamlı olaraq pul tələb edilməsi ilə bağlı faktları isə növbəti yazımızda oxuya biləcəksiniz.
Mövzuya qayıdacağıq.

Geri qayıt