Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Hakimin protokol saxtakarlığı
Hakimin protokol saxtakarlığı27-12-2016, 12:23 |
Azərbaycanın hakim korpusunda ən zalım hakimlərdən biri kimi ad çıxaran Bakı Ağır Cinayətlər Məhkəmsinin hakimi Zeynal Ağayev ədalətsizliyi ilə yanaşı həm də saxtakarlığı ilə tanınırmış. Humanizm prinsiplərinin yad olduğu bu adamın çıxardığı qərarlarda dövlət ittihamçısının tələb etdiyi cəzadan da artıq cəza təyin etməsi bir yana qalsın, hətta məhkəmə iclası protokollarını da saxtalaşdırırmış. Gununsesi.info-ya daxil olan bir fakt bunu bir daha təsdiqləyir. Belə ki, Zeynal Ağayevin ədalətsiz hökmü ilə 15 il azadlıqdan məhrum edilən iş adamı İlham Qasımovun vəkili Səyyad Məmmədov hakimin məhkəmə protokollarındakı saxtakarlıqlarını üzə çıxarıb. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edən vəkil konkret saxtakarlıqları göstərib. Bundan başqa Zeynal Ağayevin şahid ifadələrini də saxtalaşdırdığı üzə çıxıb. İş adamının həbsində rolu olan şəxslərdən biri Gülağa Qəmbərovun da məhkəmədki ifadəsi istintaqla ziddiyət təşkil edib. Amma hakim sifariş aldığından bu ziddiyyəti nə protokola qeyd edib, nə də araşdırmaqda maraqlı olub. Hakimin bu qanunsuzluqları ilə bağlı qeydlər ona yenidən təqdim olunsa da ancaq nəticəsiz qalıb. Ona görə də hakim Zeynal Ağayevin əməllərindən Məhkəmə-Hüquq Şurasına şikayət edilib. Qeyd edək ki, Zeynal Ağayev Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun sifarişi ilə həbs olunaraq, ən ağr cəzaya məhkum edilib. Geri qayıt |