Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bu ildən Azərbaycan qazancla çıxdı!!!
Bu ildən Azərbaycan qazancla çıxdı!!!31-12-2016, 10:23 |
DİA.AZ: - Daha bir ili başa vurduq... 2017-nin ərəfəsindəyik. Azərbaycanımız da 26-cı yaşını yaşayır. 26 ildir müstəqilik. Bilirik ki, bu Azərbaycan irəlidə bizləri gözləyən BÖYÜK AZƏRBAYCANIN təməlidir. Bunu yaxşı bilirik. Azərbaycan böyüyəcək. Bu qədər qalası deyilik. Bu gün dünya da fərqlidir, şərtlər də... Bu gün Azərbaycana dünya xəritəsində lupa ilə baxanlar da yaxşı bilir ki, enində-sonunda biz bizlərə cızılan sərhədlərimisi aşıb TƏBİİ, TARİXİ SƏRHƏDLƏRİMİZƏ qovuşacağıq. O zaman Təbrizi də, Dərbəndi də, bu gün qan selinə boğulan Kərkükü də, Mosulu da, Yadlar əlində bölünən Hələbi də, Borçalını da, İrəvanı da içimizə alacağıq, içimizə çəkəcəyik. OLACAQ BU! Olmayacaq iş deyil... Dünyanın yox, Tanrımızın işini bilmək olmaz... Bunlar hədəflərimizdir. Bu gün isə əlimizdə ovuc boyda AZƏRBAYCANIMIZ VAR! Uğrunda ölməli olduğumuz, hər qarışını qanımızla suvarmalı olduğumuz AZƏRBAYCAN! Sevmək zorundayıq... Kiçik olsa da, BİZİMDİR... Amma qane olmamalıyıq. Çünki bizim olan bizdə olmayanlarımız da yetərincədir... əlimizdə olan Azərbaycandan qat-qat böyükdür. Onun uğruna sevməliyik və savaşmalıyıq. Bir əsgər kimi! Hər birimiz bu ölkənin əsgəri olmalıyıq. Necə ki bu ölkənin baş əsgəri - Ali Baş Komandanı İlham Əliyev Azərbaycanımızın hər qarışını, torpağımızın hər zərrəsini canı qədərində əziz bilir, əziz tutur, bağrına basır... Bu gün unutmalı olmadığımız məqamlar da yetərincədir. Hər şey bizim istəklərimiz üzərində baş vermir. Baş verənləri bizlər diqtə etmirik. Biz kiçik ölkəyik... Hələlik də olsa. Və bu gün bu şərtlər və gerçəkliklər altında belə Azərbaycanı dünyaya BİR KİŞİ DÖVLƏTİ kimi tanıtdıran, Azərbaycan Türkünün başını dimdik tutduran bir prezidentimiz var. Geridə qoyduğumuz ildə baş verən bir fakt - APREL DÖYÜŞLƏRİ təkcə İlham Əliyevin içini ortaya qoymadı, həm də İlham Əliyevin milləti qarşısında bir ŞƏRƏF SÖYKƏNƏCYİ yaratması kimi də diqqətə gəldi. Bu günə qədər biz Azərbaycan türklərini Qarabağ itkisinə görə küçümsəməyə çalışanlar da anladılar ki, bu millət ölməyib və bu millət uyğun şərtlər altında ŞƏRƏF BORCUNU yerinə yetirəcək, QARABAĞIMIZI AZAD EDƏCƏK. Bax, bu fürsəti, bu şərəfi bizlərə İlham Əliyev nəsib etdi. Bax, buna görə İlham Əliyevə millət olaraq bir təşəkkür borcumuz var. Bəli, prezidentimiz bir Ali Baş Komandan olaraq borcunu yerinə yetirdi. Amma bu da faktdır ki, prezidentimiz həmin borcunu lupa ilə belə zorla görünən bir Azərbaycanın Ali Baş Komandanı olaraq yerinə yetirdi. Bizdən qat-qat güclü olan dövlətlərin halını görmürsünüzmü... Bu il Azərbaycan məhz həmin cəsarət və qeyrətin sayəsində - hamının itirməsinə rəğmən qazanan ölkələrdəndir. Ola bilsin ki, bu il mal itkisinə uğrayanlar, pulu azalanlar var. Amma millət olaraq bizlər bu il TORPAQ QAZANMIŞIQ! İlham Əliyevin ƏMRİ İLƏ! Təşəkkürlər, Cənab prezident! Bayramınız, bayramımız mübarək. Tanrı bizi bir millət və dövlət olaraq yeni ildə DAHA DA BİR, DAHA DA BÖYÜK etsin. Hörmətlə, DİA.AZ Geri qayıt |