Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Əgər bir kadr işə gəldiyi gündən saxtakarlıqla məşğul olursa..."

"Əgər bir kadr işə gəldiyi gündən saxtakarlıqla məşğul olursa..."


11-01-2017, 10:44
"Əgər bir kadr işə gəldiyi gündən saxtakarlıqla məşğul olursa..."
Teref.info-nun poçtuna Qazax rayonu məmurları ilə bağlı gələn bu şikayət məktubunu oxuculara təqdim edirik.
Rayonda hər icra başçısının dövrü xoşagəlməz eybəcərlikərlə bağlıdır. Dərd buarsıdır ki, icra aparatına səriştəsiz, adicə bir səhifə arayış yazmaqda yüz cür çətinlkilərlə üzləşənlər haqqında Prezident aparatının aidiyyəti şöbələri də məşğul olmurlar. Əgər bir kadr işə gəldiyi gündən saxtakarlıqla məşğul olursa vətəndaşlar əlacsızlıqdan icra hakimiyyətinə şikayət zamanı həmin kadrlardan hansı müsbət cavabı ala bilərlər?
Daha sonra şikayətçi teref.info- ya yazır ki, Qazax rayon icra hakimiyyəti təəssüflər ki, kadr sarıdan həmişə əziyyət çəkib, elə bu gün də çəkməkdədir. Bizə verilən məlumata görə, icra hakimiyyətində müxtəlif şöbələrdə işləyən referentlər – Elxan Paşayev, Adil Vəliyev və hazırda Qazax RİH-nin şəhıər üzrə nümayəndəsinin müavini Arif Heydərovun əmək kitabçalrının ilk yazılışı saxtadır. Onlar əmək kitabçalarında ilk iş yeri kimi müxtəlif vəzifə adı yazdıraraq, həmin əmək kitabçası ilə də dövləti aldatmışlar. Belə ki, Qazax rayonunda vaxtilə fəaliyyət gösrərmiş “1 saylı Tikintiquraşdırma idarəsi “ 2000-ci ildə tam fəaliyyətini dayandırmışdır. Həmin müəssisə 2001-ci ildə özəlləşməyə gedib və Şəmiddin Şahvələdovun adına sənədləşdirilib. İşə baxın ki, yuxarıda adları çəkilən icra məmurları fəaliyyəti dayandırılımış və 2001-ci ildən sonra da fəaliyyət göstərməyən müəssisədə baş mühəndislikdən tutmuş digər vəzifə adları çəkilməkə 2001-dən 2016-cı ilə qədər işləmələri haqqında əmək kitabçalarını yazdırıblar. Onlar həmin əmək kitabçası ilə də Qazax Rayon İcra Hakimiyyətinə işə qəbul olunublar. Məsələ burasıdır ki, ilk əvvəldən özləri saxtakarlıqla məşğul olan həmin məmurlar onlara şikayət edənlərə hansı müsbət cavabı verə bilərlər? Eyni zamanda, kimə yardımç ola biləcəkər? Yaxşı olardı ki, bu cür saxtakarlarla dövlət özü qiymət versin.
Teref.info olaraq məktubda adları çəkilən şəxslərlə əlaqə saxlamaq istəsəkdə, gün ərzində telefonlarımıza icra hakimiyyətindən cavab verilmədi.
Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.

Geri qayıt