Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əbülfəs Qarayev erməni təxribatına reaksiyasızlıq nümayiş etdirir

Əbülfəs Qarayev erməni təxribatına reaksiyasızlıq nümayiş etdirir


19-01-2017, 11:34
Əbülfəs Qarayev erməni təxribatına reaksiyasızlıq nümayiş etdirir
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirdik ki, İspaniyanın Madrid şəhərində 18-22 yanvar tarixlərində ənənəvi “Fitur-2017” Beynəlxalq Turizm sərgisində Azərbaycan üçün arzuolunmaz olaylar yaşanmaqdadır.

DİA.AZ bildirir ki, Ermənistan bu dəfə də həmin sərgidə təxribata əl atıb. Erməni mətbuatının yaydığı xəbərə görə, sərgidə "Dağlıq Qarabağ" ın təbliği məqsədilə stend qurulub. Hətta sərgidə Qondarma Dağlıq Qarabağ Respublikasını “Qarabağ Turizm İnkişaf Agentliyi” şirkəti də təmsil edilir.

Aidiyyatı qurumların nəzərinə çatdıraq ki, söhbət sərgidəki 4-cü pavilyonun 4C21 nömrəli stendindən gedir.

Qeyd edək ki, sərgidə Azərbaycan da təmsil edilir. Sərgidə iştirak etmək məqsədilə Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev də İspaniyanın paytaxtındadır.

Hər il İspaniyada keçirilən “Fitur 2017” Beynəlxalq Turizm Sərgisini bu dəfə dünyanın yüzdən çox ölkəsindən 225 min insan ziyarət edib. 36-cı Beynəxalq Turizm Sərgisində 165 ölkəni təmsil edən 9500 şirkət iştirak edir.

DİA.AZ bildirir ki, son xəbərlərə görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərinə səfəri çərçivəsində “Fitur-2017” turizm sərgisində olub, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı maraqlı təkliflər səsləndirilib. Görüşdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.

Yəni aydın olanı odur ki, cənab Qarayev nədənsə erməni təxribatına hansısa formada reaksiya verməyib və bu təxribatı önləməyə çalışmayıb. Ən azından erməni mediasında iddia olunanlara görə, hələ də təxribat davam edir və tədbir təşkilatçılarına bu barədə hansısa formada kimsə tərəfindən etiraz da bildirilməyib.

Maraqlıdır, hər zaman bu məsələdə həssaslıq nümayiş etdirən mədəniyyət və turizm nazirliyi bu dəfə niyə susur? Cavabı biz də öyrənmək istəyərdik...

Əbülfəs Qarayev erməni təxribatına reaksiyasızlıq nümayiş etdirir
Əbülfəs Qarayev erməni təxribatına reaksiyasızlıq nümayiş etdirir
Əbülfəs Qarayev erməni təxribatına reaksiyasızlıq nümayiş etdirir
Əbülfəs Qarayev erməni təxribatına reaksiyasızlıq nümayiş etdirir
Əbülfəs Qarayev erməni təxribatına reaksiyasızlıq nümayiş etdirir


Geri qayıt