Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SURƏT HÜSEYNOV BÖYÜK SİYASƏTƏ DÖNÜR
SURƏT HÜSEYNOV BÖYÜK SİYASƏTƏ DÖNÜR18-12-2012, 09:58 |
KEÇMİŞ BAŞ NAZİR TƏŞKİLAT YARADIB Son dövrlər yenidən siyasətə qayıdan və sosial şəbəkələrdə aktiv şəkildə təbliğ olunan keçmiş baş nazir Surət Hüseynovun Gəncədə özünə təşkilat yaratdığı barədə məlumat yayılıb. TİA.AZ-a daxil olan məlumata görə, bir neçə ay bundan əvvəl qapalı şəkildə keçirilən toplantıdan sonra belə təşkilatın yaradılması barədə qərar çıxarılıb. Məlumatda vurğulanır ki, Surət Hüseynovu dəstəkləyənlər arasında onun keçmiş döyüş yoldaşları, vaxtıyla onunla birlikdə işləmiş şəxslər və əslən Gəncədən olanlar var. Mənbənin iddiasına görə, həmçinin bu tərəfdarlar sırasında Gəncədə dövlət vəzifələrində çalışanlar da az deyil. Onların əksəriyyəti keçirilmiş toplantıya qatılmasalar da, öz adamları vasitəsi ilə sabiq baş nazirə dəstək vermələrinə dair mesaj göndəriblər. Onların sırasında Gəncədəki böyük Diaqnostika Mərkəzinin baş həkimi Fəxrəddin həkim, Gəncə bazarının rəhbəri və daha bir neçə tanınmış şəxslər də var. Qeyd olunur ki, xeyli güclənən və aktivləşən Surət Hüseynov və adamları da yaranmış vəziyyətdən yararlanmağa başlayıblar. Buna səbəb Gəncədə əhalinin vəziyyətinin pisliyi, insanların ciddi şəkildə narazı olması və rəsmi qurumların vaxtaşırı onlara incitməsidir. Hətta o da vurğulanır ki, sabiq baş nazirin tərəfdarları bu narazıları da öz tərəflərinə çəkmək üçün təbliğata başlayıblar. Mənbə TİA.AZ-a bildirir ki, artıq bəzi tərəfdarlar üzə çıxmağın lazım gəldiyini deyərək, bunun nümayişkəranə şəkildə həyata keçirilməsini istəyirlər. Onların təklifinə görə, yaxın vaxtlarda Gəncənin mərkəzində izdihamlı aksiyanın keçirilməsi barədə qərar verilməlidir. Amma bəziləri düşünürlər ki, bu addım şəhərdə ciddi toqquşmalara səbəb ola bilər və ona görə də, bir müddət gözləməyi məsləhət bilirlər. Onlar hesab edirlər ki, bir qədər də gücləndikdən sonra belə bir addımı atmaq olar. Geri qayıt |