Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İrandan Azərbaycana kiberhücum
İrandan Azərbaycana kiberhücum25-01-2017, 12:38 |
Moderator.az xəbər verir ki, iranlı hakerlər tərəfindən Cebhe.info xəbər portalı, “Cümhuriyət” qəzetinin internet ünvanı (cumhuriyyet.biz) və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (axcp.biz) saytlarına hücum edilib. Yanvarın ayının 25-də, gecə saatlarında baş verən kiber hücum nəticəsində saytların fəaliyyətində problemlər yaranıb. "Cebhe.info"dan verilən məlumata görə, saytların ana səhifəsində hücumun Peyman Siyahi adlı iranlı haker tərəfindən edildiyinə dair bildiriş yayılıb. Ələ keçirilmiş Cebhe.info və Cumhuriyyet.biz saytında hakerlər “İranlı hakerlər burada idilər” qeydini yazıblar. Saytda həmçinin kiber hücumda iştirak etmiş digər şəxslərin e-mail ünvanları və adları (M@rAz Ali / MoHaMaD Vaker / Saman Aghdami / shayan 72 / karaji / alihack051 / satan666 /... [email protected]) qeyd edilib: "Ümumiyyətlə bir neçə gündür ki, bizimlə bağlı olan bütün saytlara İran tərəfindən ən yüksək səviyyədə hücum davam edirdi. İran hakerləri Cebhe.info, cumhuriyyet.biz və axcp.biz saytlarına dəfələrlə hücum edib. İT mütəxəssisləri bir həftə öncədən başlayan hücumları zərərsizləşdirməyə çalışırdı. Nəhayət dünən gecədən ən yüksək hazırlıqla təşkil edilən hücum saytların fəaliyyətini iflic edib. Müdaxilə o qədər böyük olub ki, saytların hər üçünün fəaliyyətindəki problem hazırda da qalmaqdadır. Təbii ki, bu, bizim üçün gözlənilməz deyildi. Hər zaman belə bir hücumun olacağını gözləyirdik. Loqosunda Bütöv Azərbaycanın xəritəsi olan bir qəzetin saytına (www.cumhuriyyet.biz), fəaliyyətində milli ideoloji, demokratik dəyərləri özünün əsas hədəfi sayan www. cebhe.info xəbər portalına, Azərbaycanın müstəqilliyi və bütövlüyünü son strateji məqsədi bilən bir partiyanın saytına (www.axcp.biz) həm də İran tərəfindən müdaxilə edilməsi gözlənilən və adi haldır. Amma bütün bunlar bizi yolumuzdan döndərə bilməz! İllərlə bu kimi təhdidləri görmüşük. Təkcə bir faktı xatırladaq ki, hələ 1998-ci ildə İran "Cümhuriyət" qəzetinin loqosuna etiraz olaraq, Azərbaycana nota göndərmişdi. Biz isə bəyan edirik: Nə qədər əngəllmək istəsələr də qarşımızı ala bilməyəcəklər! Yolumuza davam!" Geri qayıt |