Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Diqqət: Bu xəbərin içində düşmən əli var...
Diqqət: Bu xəbərin içində düşmən əli var...4-02-2017, 12:50 |
DİA.AZ: - Ehtiyatlı olmalıyıq! Çünki müharibə şəraitindəyik... Çünki torpaqlarımız işğal altındadır, minlərlə şəhid vermişik... Bu gün də savaş şəraitindəyik və hər gün səngərdən xoş xəbər gözləntisini yaşayırıq... Ehtiyatlı olmalıyıq! Yaydığımız hər xəbərdə... Hər xəbərin hər cümləsində, hər hərfində ehtiyatlı olmaq zorundayıq. Çünki... Bu barədə əlavə izahata ehtiyac yoxdur artıq. "Çünki"si aydındır. Bu gün faktdır ki, düşmən həm də bizə qarşı bir informasiya savaşı aparmaqdadır. Düşmən ölkəni hakimiyyəti özünün cəbhə xəttindəki və diplomatik masalardakı məğlubiyyətlərini ört-basdır edə bilməsi üçün daha çox öz daxili cameəsinə hesablanmış və erməni itimaiyyətini rahatlatmaq naminə müxtəlif informasiya təxribatına baş vurub və vurmaqdadır. Bu olacaq da... Burada problem yoxdur. Adı üstündə: DÜŞMƏN! Onlar bizim düşmənlərimizdir və biz də düşmən təxribatının ən azından ayaq açıb yeriməməsi və bizim cəmiyyətdə yanlış assosasiya yaratmaması naminə ehtiyatlı olmalıyıq. Hər cümləmizdə nəzarəti əldən verməməliyik ki, düşmənin işinə yaramayaq. Bunun mədəni adı budur: Düşmənin işinə yaramaq... Gerçək ifadəsi isə daha ağırdır. Bəli, əli qələm tutan hər kəs - media təmsilçisi olub-olmasından asılı olmayaraq, sosial şəbəkə istifadəçiləri belə bu gün məhz DÜŞMƏNİN İŞİNƏ YARAMAMALARI uğruna ehtiyatlı olmalıdırlar. Əks halda, bu proses davamlı olacağı təqdirdə bunun üçün Azərbaycan dövləti adına addımların atılması zərurəti yaranacaq. Çünki dövlət özünü düşmənin hər türlü təxribatından qorumaq zorundadır... *** ...Son olaraq bir Azərbaycan vətəndaşı erməni tərəfinə girov düşüb. Bəziləri həm mediada, həm də sosial şəbəkələrdə bu işi az qala düşmən marağına uyğun tərzdə qaşımağa başladılar. Rəsmi dillərin danışmasını gözləmədən belə, kimlərinsə ağzından aldıqları sözü düşmən marağına uymuş kimi ictimailəşdirdilər. YANLIŞ İDİ! Dövlət var! Şükürlər olsun ki, dövlətimiz də hər bir vətəndaşına görə sorumluluğunu ən yüksək səviyyədə həyata keçirir. Bunu bildiyimiz halda belə əgər bu cür neqativ bir mənzərə yaranırsa, deməli, hələ də qələmlərmizə yiyəlik edəcək səviyyədə deyilik. Bu isə səhv, yanlış yox... Artıq cinayət hesab olunur! Vətən qarşısında! Çalışıb bundan sonra istənilən bir olaya mediatik prizmadan yox, milli dövlətçilik maraqları çərçivəsindən baxmalıyıq. Çünki... Düşmənimiz yatmayıb... Onlarla biz təkcə eyni dünyanı yox, həm də eyni virtual aləmi də paylaşırıq. Allah amanında... Məhəmməd ƏRSOY DİA.AZ-ın baş redaktoru Geri qayıt |