Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Biləsuvarın icra başçısının korrupsiya DOSYESİ

Biləsuvarın icra başçısının korrupsiya DOSYESİ


6-02-2017, 12:19
Biləsuvarın icra başçısının korrupsiya DOSYESİ
DİA.AZ: - Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çətin durumdadır. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, ira başçısından bu günə qədər mənimsədiyi büdcə pulları rəsmən tələb olunur və buna görə Mahir Quliyevə konkret vaxt da verilib. Mənbənin dia-az.life-a söylədikləri: "Mahir Quliyev istənilən halda büdcə mənimsəmələrinə görə həm də hüquqi baxımdan cavab verəcək. Amma hələlik ona müəyyən müddətlik şans tanınıb və bu müddət ərzində o heç də özünü doğrultmalı deyil, sadəcə olaraq, ələ keçirilən büdcə pulları heri qaytarılmalıdır".

Xatırladaq ki, hələ keçən il Hesablama Palatası tərəfindən həyata keçirilmiş audit nəticəsində Biləsuvar rayon İcra Hakimiyyətinin fəaliyyətində baş verən yeyinti faktları ilə bağlı müəyyən bilgilər ictimailəşdirilmişdi. DİA.AZ xatırladır ki, suditə əsasən, Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən layihə təklifləri verilməzdən əvvəl investisiya layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb. Həmçinin, məktəblərin tikintisi üçün layihə smeta sənədlərinin tərtibində “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin binalarla bağlı bəzi tələblərinə əməl edilməyib, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2009-2013-cü illər) nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb.
Audit 9 tədbiri, o cümlədən 5 məktəb, 1 inzibati bina və 2 yolun tikintisi, həmçinin “Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi Layihəsi" üzrə ümumilikdə 31 363,8 min manat məbləğində vəsaiti əhatə edib.
Tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyasının aktları tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmə texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub.
Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin və s. sınaqları barədə müvafiq aktlar tərtib edilmyib, yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib, bir sıra hallarda müxtəlif mebel və inventarların podratçı təşkilat tərəfindən məktəblərə təhvil verilməsi tam təmin olunmayıb.

Hər halda bütün bunlar Mahir Quliyevin ayağında olan büdcə yeyintisinin bir qismidir. Digərləri barədə də yaxın vaxtlarda sizləri məlumatlandıracağıq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq...

Geri qayıt